Digər idman növləri
Rusiya Prezidentinin köməkçisi: "Ən yaxşı Atletlər kəndi Bakıdadır"
![](/foto/xeberler/11891.jpg)
İyunun 3-də Moskva vilayətindəki “Ozero Kruqloye” məşq mərkəzində Rusiya komandasının Bakıya tarixdə ilk Avropa Oyunlarına təntənəli yola salınması mərasimi keçirilib. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, Rusiya Olimpiya Komitəsinin (ROK) prezidenti Aleksandr Jukov idmançılara müraciət edərək bildirib ki, birinci Avropa Oyunlarında iştirak etmək onlar üçün böyük şərəfdir. Onun sözlərinə görə, ilk dəfə Bakıda keçiriləcək Oyunlar gələcəkdə Avropanın əsas idman yarışlarına çevriləcək. ROK-un prezidenti vurğulayıb ki, Bakı Avropa Oyunlarına ciddi hazırlaşır. Yarışlarda iştirak edəcək komandalarda güclü idmançılar təmsil olunublar.
A.Jukov deyib: “Bakı füsunkar şəhərdir, burada gözəl idman qurğuları inşa edilib, bayram əhval-ruhiyyəsi yaradılıb. Zənnimcə, bu yarışlar böyük idman bayramına çevriləcək. Əminəm ki, Olimpiya Oyunlarında olduğu kimi, burada da komandamız idmanın çox növündə qələbə uğrunda mübarizə aparmaq iqtidarındadır. Mən hamınıza Bakıda uğurlu çıxış etməyi, adınızı Avropa idmanı tarixinə yazmağı və dəfələrlə etdiyiniz kimi, ölkəmizə idman şöhrəti gətirməyi arzu edirəm”.
Rusiya Prezidentinin köməkçisi İqor Levitin bildirib ki, iki il yarım ərzində Azərbaycanda çox böyük işlər görülüb. İdman infrastrukturu qurulub, yaxşı nəqliyyat logistikası yaradılıb. İ.Levitin deyib: “Ən yaxşı Atletlər kəndi Bakıdadır. Onu yalnız Soçidəki Olimpiya kəndi ilə müqayisə etmək olar”. Rusiya Olimpiyaçılarına Dəstək Fondunun Bakıya 50 idman veteranı göndərdiyini bildirən İ.Levitin deyib: “Onların arasında çox tanınmış adamlar – Olimpiya və dünya çempionları var. Onlar yığmamızın mübarizə ruhunu yüksəltməyə kömək edəcəklər. Veteranların azarkeşlərlə görüşlər keçirməsini də planlaşdırırıq. Atletlər kəndində “Rus evi” açılacaq. Burada sizi gözləyəcəyik, siz isə idman veteranları və başqa ölkələrdən olan dostlarınızla ünsiyyət saxlaya biləcəksiniz”.
İdmançıların birinci Avropa Oyunlarında iştirak etmək kimi tarixi missiyanı yerinə yetirəcəklərini bildirən Rusiya idman nazirinin müavini Yuri Naqornıx deyib: “Aranızda dünya idmanı tarixinin yeni səhifələrini açmaq xoşbəxtliyi nəsib olanlar var. Komandanın heyətində Olimpiya Oyunlarında iştirak edib müxtəlif medallar qazanmış çoxlu idmançı, o cümlədən Rusiya gimnastı, Rusiyanın Əməkdar İdman Ustası, dünya və Avropa çempionu, 2010-cu ildə yeniyetmələr arasında birinci Olimpiya Oyunlarının qalibi olmuş Viktoriya Komova var”.
Ənənəyə görə, yolasalma mərasimində idmançılara Olimpiya bayrağı verilib. Rusiya yığmasının Olimpiya bayrağı bu dəfə gimnast, Olimpiya çempionu, üçqat dünya və Avropa çempionu Aliyə Mustafinaya təqdim olunub. O bildirib ki, ölkəni birinci Avropa Oyunlarında təmsil etmək rusiyalı idmançılar üçün böyük şərəfdir. A.Mustafina deyib: “Əminəm ki, hər birimiz yüksək nəticələr əldə etməyə çalışacaq”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- AFFA Barış Şimşəklə vidalaşdı
- 93 yaşlı klub tarixində ilk dəfə Türkiyə Superliqasında
- “Turan Tovuz"un təklifini qəbul etməməyimdə Ayxan Abbasovla dostluğumuz başlıca roy oynamadı”
- Gedəni saxlamazlar
- Mövsümün bəxtsizi - “Səbail”
- Aydın Bayramov: “Qarabağ”a 3 qol vurub, yekunda uduzmaq adama çox pis təsir edir”
- Mahmudov “Neftçi”dən getdi
- ETOPAZ: PULSUZ MƏRC GƏLDİ
-
16:54
15 İyun - Azərbaycan Xalqının Milli Qurtuluş Günü VİDEO
-
16:38
"Kəpəz" iki futbolçu ilə yolları ayırdı
-
15:11
Sahil Babayev Olimpiya Oyunlarına lisenziya qazanan boksçularla görüşdü
-
14:00
Avro-2024: Futbolxeber.az-la qazan!
-
13:46
Florian Virts rekorda imza atıb
-
12:22
Ceyhun Nuriyev: “Hər iki oyunda meydanda özünəinamlı Azərbaycan millisi var idi”
-
11:39
Fernandu Santuş daha bir neçə idman obyektləri ilə tanış olub
-
11:17
“Bakı”nın sabiq baş məşqçisi “Füzuli”də
-
10:00
Mərc həyəcanını doyunca yaşamaq üçün bundan əla fürsət ola bilməz!
-
09:44
“Qarabağ”ın baş məşqçisindən çempionluq şərhi: “Finala yaraşan oyun idi”
-
00:56
Avro-2024 darmadağınla başladı
-
23:15
Avro-2024-ün ilk qolu vuruldu
-
21:42
"Şamaxı"da yeni müqavilə
-
19:34
Maksim Medvedevin oğlu da çempion oldu: “Daim atamın dəstəyini hiss etmişəm”
-
19:19
“Qarabağ” finalda “Neftçi”ni məğlub etdi
-
19:06
Musa Qurbanlı “Qarabağ”a qayıtdı
-
18:50
"Araz Saatlı" - "Cəbrayıl" oyununun hakimləri açıqlandı
-
17:33
ETOPAZ-da AVRO 2024 üzrə Fantasy Liqasına qoşulmaq üçün SAATLAR QALDI!
-
17:18
Azərbaycan təmsilçisi multi-idman oyunlarında bürünc medal qazanıb
-
16:47
AFFA şikayətləri təmin etmədi
-
16:25
"Sabah"da ayrılıq
-
15:34
Avro-2024: Münhen - açılış oyununa doğru FOTOLENT
-
15:19
Ayxan Abbasovun köməkçiləri müəyyənləşdi
-
14:52
Azərbaycan samboçusundan bürünc medal
-
14:41
I Liqada ən çox azarkeş toplayan komanda hansıdır?
-
14:06
Çimərlik voleybolu üzrə Azərbaycan çempionatının tarixində dəyişiklik
-
13:28
“Real”ın kapitanı “Əl-İttihad”a keçir
-
13:17
Falkao Kolumbiyaya qayıdır
-
12:34
Azərbaycan millisi FIFA reytinqində irəliləyib
-
12:00
Avro-2024: Futbolxeber.az-la qazan!
-
11:45
Bakıda UEFA-nın dəstəyi ilə keçirilən məşqçi kurslarına yekun vurulub
-
10:53
“Nyukasl” yeni müdafiəçi ilə gücləndi
-
10:29
Hummelsdən ərəblərə "yox" cavabı
-
10:11
Fernandu Santuş idman obyektləri ilə tanış olub FOTOLENT
-
09:47
Azərbaycanın millisi Fransada turnirdə mübarizəyə başlayır
-
09:30
Avro-2024: Şotland azarkeş piyada 42 günə Qlazqodan Münhenə çatdı
-
18:45
Emin Əmrullayev Avropa Kubokuna vəsiqə qazanan basketbolçularla görüşüb
-
18:14
Azərbaycan güləşçiləri Polşada beynəlxalq turnirdə iştirak edəcəklər
-
17:53
Bakıda şahmat üzrə ölkə çempionatı keçirilib
-
17:38
Azərbaycanda basketbol hakimliyi kursları keçiriləcək
-
17:29
Albaniya ilə oyunda zədələnən millimizin üzvünün son durumu məlum oldu
-
17:16
Davit Volkov yenidən “Zirə”də
-
16:50
ETOPAZ-da Avro-2024 üzrə Fantasy Liqasına qoşulmaq üçün son 1 GÜN!
-
16:07
Rövşən Nəcəf Santuşla görüşüb FOTOLENT
-
15:42
İnklüziv minifutbol turniri keçirilib
-
14:31
Davit Volkov "Sabah"dan ayrıldı
-
14:15
Şahmatçımız dünya çempionatında bürünc medal qazanıb
-
13:54
"Sumqayıt" Manteka ilə vidalaşdı
-
13:20
Qurban Qurbanov millinin baş məşqçi seçiminə niyə qatılmayıb?
-
12:43
Fernandu Santuş: "İnanıram ki, tarixi nəticələrə imza atacağıq"