Digər idman növləri
Belçika idmançılarının “Bakı-2015”də iştirakına həsr olunan mətbuat konfransı keçirilib
İyunun 2-də Belçika milli komandası Brüssel yaxınlığındakı Hofsteyddə yerləşən “Sportimonium” idman muzeyində mətbuat konfransı keçirib. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, mətbuat konfransı iyunun 12-28-də Bakıda keçiriləcək birinci Avropa Oyunlarında iştirak edəcək Belçika yığmasına həsr olunub.
Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Belçika nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən mətbuat konfransında həm də “Azərbaycan - İdman fotoobyektivdə” adlı fotomüsabiqədə seçilmiş və mükafat almış 65 şəklin eyniadlı sərgisi də təşkil olunub.
TEAS-ın Belçika nümayəndəliyinin rəhbəri Mark Vervilghen tədbirdə çıxış edərkən bildirib ki, TEAS Belçika komandasının “Bakı-2015” ilk Avropa Oyunlarında iştirakı ilə əlaqədar bu tədbiri dəstəkləməkdən qürur duyur. İdman Azərbaycanda böyük əhəmiyyətə malikdir və Azərbaycan mədəniyyətinin zəruri elementlərindən biridir. Avropa Oyunları Bakı üçün mühüm hadisədir. Bununla əlaqədar şəhərdə stadion və arenaların tikintisi aparılıb.
Mark Vervilghen deyib: “Bu gün siz həm də “Azərbaycan - İdman fotoobyektivdə” müsabiqəsinin qalibi olmuş fotoları seyr etmək imkanı əldə edirsiniz. Bu əsərlər 10 ölkədən olan 50 fotoqrafın təqdim etdiyi fotoların arasından seçilib. Müsabiqənin münsiflər heyəti - “World Press Photo” mükafatının qalibi Ed Kaşi, tanınmış almaniyalı fotoqraf Filip Ratmer və Azərbaycanın aparıcı fotoqrafı Aqdes Bağırzadə olub”. O, bir belçikalı kimi Belçika komandasına Bakıda uğurlar arzulayıb.
Belçika komandası nümayəndə heyətinin rəhbəri Gert Van Looy qeyd edib ki, son iki ay ərzində “Bakı-2015” ilk Avropa Oyunlarına diqqət daha da artıb. Çoxlu belçikalı idmançı bu Oyunlarda iştirak üçün vəsiqə qazanıb və onların göstəricisi çox yüksəkdir. İdman növlərinin bəziləri Rio-2016 Yay Olimpiya Oyunlarında iştirak etmək imkanı verəcək. O, bu yaxınlarda Bakıda səfərdə olduğunu, görülən hazırlıq işlərindən çox razı qaldığını bildirib. Qeyd edib ki, bütün stadion və arenalar ən yüksək standartlara uyğun şəkildə qurulub və yarışlara başlamağa hazırdır. Gert Van Looy deyib ki, bu Oyunlarda iştirak edəcək digər komandaların idmançılarının kvalifikasiyasını əvvəlcədən qiymətləndirmək çətindir. Bununla belə, biz gimnastika, basketbol, cüdo, voleybol, velosiped sürmə və taekvondo kimi idman növlərində yaxşı göstəricilərə ümid edirik. Əgər “Bakı-2015”də uğur qazansaq, bu oyunların dəyəri o zaman daha da artacaq ki, ikinci oyunlar Niderlandda keçiriləcək.
Belçika komandasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Luk Rampaer deyib ki, Oyunlara ev sahibliyi etmək üçün Bakıda sadəcə iki il ərzində qazanılan uğurlar inanılmazdır. Biz 16 idman növü üzrə müsabiqədə iştirak etmək üçün 117 idmançı aparırıq. Belçika nümayəndə heyəti məşqçilər və fizioterapevtlər də daxil olmaqla 190 nəfərdən ibarət olacaq.
Nümayəndə heyətinin tərkibində London-2012 Yay Olimpiya Oyunlarının iki medalçısı da olacaq - cüdoçu Charline Van Snick və atıcı Lionel Kox. Avropa Oyunları beynəlxalq idman təqviminə edilən mühüm əlavədir ki, bunun sayəsində insanlar iqtisadi əlaqələr vasitəsilə deyil, sırf insani münasibətlər müstəvisində bir araya gəlirlər.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- 93 yaşlı klub tarixində ilk dəfə Türkiyə Superliqasında
- AFFA Barış Şimşəklə vidalaşdı
- “Turan Tovuz"un təklifini qəbul etməməyimdə Ayxan Abbasovla dostluğumuz başlıca roy oynamadı”
- Gedəni saxlamazlar
- Mövsümün bəxtsizi - “Səbail”
- Aydın Bayramov: “Qarabağ”a 3 qol vurub, yekunda uduzmaq adama çox pis təsir edir”
- Mahmudov “Neftçi”dən getdi
- ETOPAZ: PULSUZ MƏRC GƏLDİ
-
14:00
Avro-2024: Futbolxeber.az-la qazan!
-
13:46
Florian Virts rekorda imza atıb
-
12:22
Ceyhun Nuriyev: “Hər iki oyunda meydanda özünəinamlı Azərbaycan millisi var idi”
-
11:39
Fernandu Santuş daha bir neçə idman obyektləri ilə tanış olub
-
11:17
“Bakı”nın sabiq baş məşqçisi “Füzuli”də
-
10:00
Mərc həyəcanını doyunca yaşamaq üçün bundan əla fürsət ola bilməz!
-
09:44
“Qarabağ”ın baş məşqçisindən çempionluq şərhi: “Finala yaraşan oyun idi”
-
00:56
Avro-2024 darmadağınla başladı
-
23:15
Avro-2024-ün ilk qolu vuruldu
-
21:42
"Şamaxı"da yeni müqavilə
-
19:34
Maksim Medvedevin oğlu da çempion oldu: “Daim atamın dəstəyini hiss etmişəm”
-
19:19
“Qarabağ” finalda “Neftçi”ni məğlub etdi
-
19:06
Musa Qurbanlı “Qarabağ”a qayıtdı
-
18:50
"Araz Saatlı" - "Cəbrayıl" oyununun hakimləri açıqlandı
-
17:33
ETOPAZ-da AVRO 2024 üzrə Fantasy Liqasına qoşulmaq üçün SAATLAR QALDI!
-
17:18
Azərbaycan təmsilçisi multi-idman oyunlarında bürünc medal qazanıb
-
16:47
AFFA şikayətləri təmin etmədi
-
16:25
"Sabah"da ayrılıq
-
15:34
Avro-2024: Münhen - açılış oyununa doğru FOTOLENT
-
15:19
Ayxan Abbasovun köməkçiləri müəyyənləşdi
-
14:52
Azərbaycan samboçusundan bürünc medal
-
14:41
I Liqada ən çox azarkeş toplayan komanda hansıdır?
-
14:06
Çimərlik voleybolu üzrə Azərbaycan çempionatının tarixində dəyişiklik
-
13:28
“Real”ın kapitanı “Əl-İttihad”a keçir
-
13:17
Falkao Kolumbiyaya qayıdır
-
12:34
Azərbaycan millisi FIFA reytinqində irəliləyib
-
12:00
Avro-2024: Futbolxeber.az-la qazan!
-
11:45
Bakıda UEFA-nın dəstəyi ilə keçirilən məşqçi kurslarına yekun vurulub
-
10:53
“Nyukasl” yeni müdafiəçi ilə gücləndi
-
10:29
Hummelsdən ərəblərə "yox" cavabı
-
10:11
Fernandu Santuş idman obyektləri ilə tanış olub FOTOLENT
-
09:47
Azərbaycanın millisi Fransada turnirdə mübarizəyə başlayır
-
09:30
Avro-2024: Şotland azarkeş piyada 42 günə Qlazqodan Münhenə çatdı
-
18:45
Emin Əmrullayev Avropa Kubokuna vəsiqə qazanan basketbolçularla görüşüb
-
18:14
Azərbaycan güləşçiləri Polşada beynəlxalq turnirdə iştirak edəcəklər
-
17:53
Bakıda şahmat üzrə ölkə çempionatı keçirilib
-
17:38
Azərbaycanda basketbol hakimliyi kursları keçiriləcək
-
17:29
Albaniya ilə oyunda zədələnən millimizin üzvünün son durumu məlum oldu
-
17:16
Davit Volkov yenidən “Zirə”də
-
16:50
ETOPAZ-da Avro-2024 üzrə Fantasy Liqasına qoşulmaq üçün son 1 GÜN!
-
16:07
Rövşən Nəcəf Santuşla görüşüb FOTOLENT
-
15:42
İnklüziv minifutbol turniri keçirilib
-
14:31
Davit Volkov "Sabah"dan ayrıldı
-
14:15
Şahmatçımız dünya çempionatında bürünc medal qazanıb
-
13:54
"Sumqayıt" Manteka ilə vidalaşdı
-
13:20
Qurban Qurbanov millinin baş məşqçi seçiminə niyə qatılmayıb?
-
12:43
Fernandu Santuş: "İnanıram ki, tarixi nəticələrə imza atacağıq"
-
12:36
Sərxan Hacıyev: “Müqavilənin bəzi hissələrini açıqlaya bilərik, bəzi hissələrini yox"
-
12:29
"Zirə"da daha 2 yeni müqavilə
-
12:00
Ayxan Abbasov: “Çətin olacaq, amma yaxşı komanda quracağıq”