15 Iyun 2024, Şənbə
Avro-2024: Futbolxeber.az-la qazan!
Avro-2024 darmadağınla başladı
Avro-2024-ün ilk qolu vuruldu
Musa Qurbanlı “Qarabağ”a qayıtdı

Digər idman növləri

Britaniyalı triatlonçu zədə səbəbindən “Bakı-2015”dən kənarda qaldı

Britaniyalı triatlonçu Helen Cenkins zədə səbəbindən “Bakı-2015” birinci Avropa Oyunlarında iştirak edə bilməyəcək. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, Helen Cenkinsin Bakıda keçiriləcək ilk Avropa Oyunlarına qatılmamasına səbəb dizindən aldığı zədə olub.

Dünya və Olimpiya çempionu Helen Cenkins deyib: “Bakıya gedə bilməyəcəyim üçün çox məyus oldum. Əfsuslar olsun ki, Britaniya komandasına kömək edə bilməyəcəyəm. Ayağımdakı zədə səbəbindən bir müddət məşqlərdən və yarışlardan uzaq qaldım. Bu dəfə isə dizimdən zədələndim”.

İkiqat dünya çempionu və ikiqat Olimpiya çempionu H.Cenkins Cənubi Afrikada Dünya Triatlon Seriyasında yarışmazdan əvvəl doqquz ay yarışlardan kənar qalmışdı. 2008-ci və 2011-ci illərdə İTU üzrə dünya titulunu qazanmış 31 yaşlı bu idmançı əvvəllər dabaq fasiti, sonralar isə ayaq problemindən əziyyət çəkib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30