Digər idman növləri
“Bakı-2015” ilə əlaqədar Kiyevdə təbliğat aksiyası keçirilib
“Bakı-2015” birinci Avropa Oyunları ilə əlaqədar Kiyevdəki Mərkəzi Olimpiya Stadionunda dövlət rəsmilərinin iştirakı ilə kütləvi təbliğat aksiyası keçirilib. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, aksiyada Avropa Oyunlarına qatılacaq ukraynalı idmançılar və idman azarkeşləri ilə yanaşı, Azərbaycanın gənc fəalları, mədəniyyət və incəsənət nümayəndələri, o cümlədən bu ölkədəki səfirliyimizin əməkdaşı Nazim Əliyev və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva iştirak ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi (BUAK) və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) birgə təşkilatçılığı ilə keçirilən aksiyaya xeyli sayda yerli sakin də qatılıb.
Ukrayna Milli Olimpiya Komitəsinin prezidenti Sergey Bubka deyib ki, ölkəsində Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarına böyük maraq var. Ukraynanın 243 idmançıdan ibarət ən hazırlıqlı komandası bu Oyunlarda iştirak edəcək: “İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi təkcə idman hadisəsi deyil. Bu, həm də Azərbaycanın Avratlantik məkana inteqrasiya olunmasında üzərinə götürdüyü öhdəliklərin uğurla yerinə yetirilməsinin əyani təzahürüdür”. O, qarşıdakı beynəlxalq idman yarışında ukraynalı idmançıların ən yaxşı nəticələr göstərəcəklərinə inandığını deyib.
Ukraynanın gənclər və idman naziri İqor Jdanov isə ilk Avropa Oyunlarının onlar üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O bildirib ki, ölkəsinin idmançılarından bu Oyunlarda böyük uğurlar qazanmasını gözləyir.
BUAK-ın sədri Rövşən Tağıyev Azərbaycanda bütün sahələrlə yanaşı, idmanın inkişafına xüsusi diqqət və qayğı göstərildiyini söyləyib. O, Avropa Oyunlarına hazırlıqla bağlı Azərbaycanda görülən işlər, inşa olunmuş müxtəlif növ idman kompleksləri haqqında məlumat verib.
1996-cı ildən etibarən ölkəmizin Olimpiya Oyunlarına qatıldığını bildirən R. Tağıyev ötən dövr ərzində Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrildiyini qeyd edib: “İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin idman sahəsində əldə etdiyi beynəlxalq nüfuzun göstəricisidir”.
Sonda tədbir iştirakçıları Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Mərkəzi Olimpiya Stadionunun qarşısında təşkil etdiyi Azərbaycan guşəsində xalqımızın qədim və zəngin mədəniyyəti ilə tanış olublar. İştirakçılara Azərbaycana dair informasiya bukletləri paylanılıb, Bakıya gələcək idmançılara ölkəmizlə bağlı məlumat verilib.
Azərbaycanlı musiqiçilərin ifasında konsert proqramı ilə yekunlaşan tədbir yerli mediada geniş işıqlandırılıb.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- 93 yaşlı klub tarixində ilk dəfə Türkiyə Superliqasında
- AFFA Barış Şimşəklə vidalaşdı
- “Turan Tovuz"un təklifini qəbul etməməyimdə Ayxan Abbasovla dostluğumuz başlıca roy oynamadı”
- Mövsümün bəxtsizi - “Səbail”
- Gedəni saxlamazlar
- Aydın Bayramov: “Qarabağ”a 3 qol vurub, yekunda uduzmaq adama çox pis təsir edir”
- Mahmudov “Neftçi”dən getdi
- ETOPAZ: PULSUZ MƏRC GƏLDİ
-
19:31
"Cəbrayıl" I Liqaya yüksəldi
-
19:07
Adil Nağıyev "Şamaxı"da
-
18:29
Junior Martins rəsmən "Zirə"də
-
16:54
15 İyun - Azərbaycan Xalqının Milli Qurtuluş Günü VİDEO
-
16:38
"Kəpəz" iki futbolçu ilə yolları ayırdı
-
15:11
Sahil Babayev Olimpiya Oyunlarına lisenziya qazanan boksçularla görüşdü
-
14:00
Avro-2024: Futbolxeber.az-la qazan!
-
13:46
Florian Virts rekorda imza atıb
-
12:22
Ceyhun Nuriyev: “Hər iki oyunda meydanda özünəinamlı Azərbaycan millisi var idi”
-
11:39
Fernandu Santuş daha bir neçə idman obyektləri ilə tanış olub
-
11:17
“Bakı”nın sabiq baş məşqçisi “Füzuli”də
-
10:00
Mərc həyəcanını doyunca yaşamaq üçün bundan əla fürsət ola bilməz!
-
09:44
“Qarabağ”ın baş məşqçisindən çempionluq şərhi: “Finala yaraşan oyun idi”
-
00:56
Avro-2024 darmadağınla başladı
-
23:15
Avro-2024-ün ilk qolu vuruldu
-
21:42
"Şamaxı"da yeni müqavilə
-
19:34
Maksim Medvedevin oğlu da çempion oldu: “Daim atamın dəstəyini hiss etmişəm”
-
19:19
“Qarabağ” finalda “Neftçi”ni məğlub etdi
-
19:06
Musa Qurbanlı “Qarabağ”a qayıtdı
-
18:50
"Araz Saatlı" - "Cəbrayıl" oyununun hakimləri açıqlandı
-
17:33
ETOPAZ-da AVRO 2024 üzrə Fantasy Liqasına qoşulmaq üçün SAATLAR QALDI!
-
17:18
Azərbaycan təmsilçisi multi-idman oyunlarında bürünc medal qazanıb
-
16:47
AFFA şikayətləri təmin etmədi
-
16:25
"Sabah"da ayrılıq
-
15:34
Avro-2024: Münhen - açılış oyununa doğru FOTOLENT
-
15:19
Ayxan Abbasovun köməkçiləri müəyyənləşdi
-
14:52
Azərbaycan samboçusundan bürünc medal
-
14:41
I Liqada ən çox azarkeş toplayan komanda hansıdır?
-
14:06
Çimərlik voleybolu üzrə Azərbaycan çempionatının tarixində dəyişiklik
-
13:28
“Real”ın kapitanı “Əl-İttihad”a keçir
-
13:17
Falkao Kolumbiyaya qayıdır
-
12:34
Azərbaycan millisi FIFA reytinqində irəliləyib
-
12:00
Avro-2024: Futbolxeber.az-la qazan!
-
11:45
Bakıda UEFA-nın dəstəyi ilə keçirilən məşqçi kurslarına yekun vurulub
-
10:53
“Nyukasl” yeni müdafiəçi ilə gücləndi
-
10:29
Hummelsdən ərəblərə "yox" cavabı
-
10:11
Fernandu Santuş idman obyektləri ilə tanış olub FOTOLENT
-
09:47
Azərbaycanın millisi Fransada turnirdə mübarizəyə başlayır
-
09:30
Avro-2024: Şotland azarkeş piyada 42 günə Qlazqodan Münhenə çatdı
-
18:45
Emin Əmrullayev Avropa Kubokuna vəsiqə qazanan basketbolçularla görüşüb
-
18:14
Azərbaycan güləşçiləri Polşada beynəlxalq turnirdə iştirak edəcəklər
-
17:53
Bakıda şahmat üzrə ölkə çempionatı keçirilib
-
17:38
Azərbaycanda basketbol hakimliyi kursları keçiriləcək
-
17:29
Albaniya ilə oyunda zədələnən millimizin üzvünün son durumu məlum oldu
-
17:16
Davit Volkov yenidən “Zirə”də
-
16:50
ETOPAZ-da Avro-2024 üzrə Fantasy Liqasına qoşulmaq üçün son 1 GÜN!
-
16:07
Rövşən Nəcəf Santuşla görüşüb FOTOLENT
-
15:42
İnklüziv minifutbol turniri keçirilib
-
14:31
Davit Volkov "Sabah"dan ayrıldı
-
14:15
Şahmatçımız dünya çempionatında bürünc medal qazanıb