16 Iyun 2024, Bazar günü
Avro-2024: Futbolxeber.az-la qazan!
Avro-2024 darmadağınla başladı
Avro-2024-ün ilk qolu vuruldu
Musa Qurbanlı “Qarabağ”a qayıtdı

Minifutbol

Georgi Nikolov Azərbaycanı tərk etdi

Bakının "İnter” futbol klubunun sabiq prezidenti Georgi Nikolov Azərbaycanı tərk edib.

Bu barədə bolqarıstanlı futbol funksioneri özü bildirib.

G.Nikolov bildirib ki, aprelin 7-də Bolqarıstana dönüb. O, Azərbaycana girişinə bir il müddətinə qadağa qoyulduğunu da qeyd edib: "Martın 7-də Bolqarıstana dönmüşəm. Nəhayət ki, Varnada, evimdəyəm, problem həll olundu. Lakin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfində ölkəyə girişimə qadağa qoyulub. Səbəb isə son il yarım ərzində Bakıda qanunsuz yaşamağımdır. Halbuku icazəsiz yaşamaqla bağlı problem məndən qaynaqlanmırdı. Beynəlxalq Bankla bağlı araşdırmalar getdiyi üçün Azərbaycan çıxışıma qadağa qoyulmuşdu. Lakin mənə qarşı heç bir ittiham irəli sürülməmişdi. Proses başa çatdı və səbrli davrandığım üçün mənə təşəkkür edib, yola saldılar. Mənə dəstək olan, maraqlanan hər kəsə, xüsusən də media nümayəndələrinə təşəkkür edirəm. Ümid edirəm ki, yenə görüşəcəyik”.

"İnter”in sabiq prezidenti bundan sonra futbol sektorunda çalışmaq istəmir. O, şəxsi işini quracağını söyləyib: "Hələlik iş barədə düşünmürəm, istirahət edib, özümə gəlməliyəm. Artıq futbol sektorunda çalışmağa həvə yoxdur. Amma heç vaxt "heç vaxt” deməmək lazımdır. Şəxsi işimi quracaq. Yəqin ki, idmanla bağlı olacaq”.

Qeyd edək ki, Georgi Nikolov 2006 - 2015-ci illərdə "İnter”in prezidenti vəzifəsində çalışıb. Klubun fəxri prezidenti isə "Azərbaycan Beynəlxalq Bank" ASC-nin sabiq rəhbəri Cahangir Hacıyev olub ("Futbol+").




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30