Minifutbol
Komanda

... Bu tədbir yalnız idman jurnalistlərinin mükafatlandırılması məqsədilə keçirilsəydi, Mehman Süleymanov həcmcə ən böyük mükafata layiq görülərdi. Çünki elə bir idman jurnalisti olmayıb ki, əlamətdar günlərində Mehmanın əhatəli yazıları ilə xatırlanmasın. İdman Araşdırmalar Mərkəzi isə ilin 8 nominasiya üzrə 11 qalibini seçirdi. Bəli, tam bir KOMANDA! Hələ bir oyunda əvəzləmələrin maksimal sayı qədər xüsusi nominantımız da vardı. Gender amili də nəzərdən qaçmamışdı. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın timsalında!
Həcmcə böyük mükafata - İlin Qalibi adına layiq görülənlərdən isə 2-si tədbirimizə gəlməmişdi. Biri ilin idman xadimi Sadıq Sadıqov, digəri ilin futbolçusu Rahid Əmirquliyev. Təbii ki, üzrlü səbəb göstərmişdilər. Biz o səbəblərlə barışmaq zorunda idik. Həm də idman rəsmilərindən bir çoxunun dəvətimizi müxtəlif səbəblərlə müsbət cavablandıra bilməmələri ilə. Kimisinin işi çıxmışdı, kimisinin də dişi... Kimisinin başı ağrıyırdı, kimisi də "Gedim-getməyim?" deyə çaşıb qalmışdı. Səbəblər, bəlkə də bəhanələr N qədər. Əvəzində 3 olimpiya çempionu - Namiq Abdullayev, Fərid Mansurov və Elnur Məmmədlinin, başda Vaqif Sadıqov olmaqla, Məşqçilər Komitəsinin bütün üzvlərinin, əməkdar jurnalist Məzahir Süleymanzadənin, əsl dost deyə biləcəyim Akif İsmayılovla Yaşar Seyidovun iştirakı onların mükafatları təqdim etmələri üçün də yetərli idi.
Belə tədbirlər həm də bir sınaqdır. Burada yalnız mahiyyət mühüm rol oynamır. Həm də həqiqi dostlarını, iç üzünü açanları, əyərləri-əksikləri tanıyırsan. Xoş niyyətli, görülən işə dəyər verməyi bacaranlarla yanaşı, qərəzli, laqeyd yanaşmalara da rast gəlirsən. Necə deyərlər, bunları 3 ildir görə-görə gəlirik. Eyni zamanda nəticə çıxarırsan. O nəticəni ki, "qozbeli qəbir düzəldər", "it hürər, karvan keçər" və s. 8 nominasiya üzrə sorğunun aparılması, 11 qalibin seçilməsi, 14 nominasiya üzrə mükafatlandırmanın təşkili, bütün bu işlərin həyata keçirilməsi üçün sponsorların cəlb olunması, xeyli jurnalist və çoxsaylı idman ictimaiyyəti nümayəndəsini bir araya gətirmək kiməsə asan görünürsə, buyursun.
Ötən gün "Qafqaz Point" otelindəki tədbiri ərsəyə gətirənlər də bir komanda idi. Jurnalistlər və idman ictimaiyyətinin nümayəndələrini dedim, öz iş yoldaşlarımın - "Report" agentliyinin əməkdaşlarından Rövşən Əhlimanoğlu, Orxan Əzim və Natəvanın xüsusi xidmətlərini də vurğulamalıyam. İstər səhnə fonunun seçimi, istər "Bakı 2015" I Avropa Oyunlarının, istər İdman Araşdırmalar Mərkəzinin gördüyü işlərin, istərsə də qaliblərin təqdimat video-çarxlarını hazırlamaq üçün əməkdaşlarımız bacarıqlarının ən yaxşısını və hətta ürəklərini qoymuşdular. Onlara da böyük təşəkkür düşür.
Özüm səsvermədə iştirak etmirdim, çalışdığım agentlikdən seçimini edənə heç bir təsir göstərməmişdim. Özü kimə istəmişdi, ona da səs vermişdi. Məndən olsaydı, bəzi nominasiyalarda qalib adına başqasını layiq görərdim. Amma həmkarlarımdan İlkin Fikrətoğlunun ilin idman jurnalisti seçilməsinə çox sevindim. Bircə onu başa düşmədim ki, İlkin mükafatını - mikrofonunu almamışdan öncə səhnədə quraşdırılmış mikrofonu tədbirin aparıcısı və elə qalibin iş yoldaşı Sənan Şəfizadə niyə toxunaraq, yerə saldı...
Digər nominasiyalar da obyektiv seçimlərlə zəngin idi. İstənilən halda, "Qalibləri mühakimə etməzlər" deyiblər. 48 KİV-in idman jurnalisti öz seçimini etdi. Bu sorğu da elə idman jurnalistləri arasında aparılırdı. Başqa sahələrdən yazanlar bu prosesə qoşulsaydılar, bəlkə də fərqli mənzərə alınardı. Bəlkə də ilin komandası "Qəbələ" yox, "Qarabağ" seçilərdi. Bəlkə də İlin baş məşqçisi nominasiyasında Roman Qriqorçuku yox, Qurban Qurbanovu fərqləndirərdilər. Çünki digər sahələrdən yazanların bir qismi peşəkarla qeyri-peşəkar futbolçunu fərqləndirəcək qədər dərin futbol biliyinə malik deyillər, bəlkə də Qriqorçukun adını birinci dəfə eşidirlər. Təbii ki, bu zaman fərqli seçim ortaya çıxa bilər. Ona görə də ayrı-ayrı sorğuların nəticəsinin üst-üstə düşməməsində məntiqsizlik axtarmağa lüzum yoxdur.
Ötən gün açıqlanan həm də ilin rəmzi komandası idi, 11 nəfərlik heyət mükafatlandırıldı. Mənim üçün tədbiri maraqlı edən həm də bir epizod oldu. Bu, ilin idmançısı Rəsul Çunayevin mükafatlandırılması zamanı baş verdi. Azərbaycan klubları arasında ilk dəfə "Neftçi"ni Avropa Liqasının qrup mərhələsinə çıxaran məşqçi Böyükağa Hacıyev "Bakı 2015" I Avropa Oyunlarının qalibi və dünya çempionunu görcək "Bura gəl" sözünü elə intonasiya ilə tələffüs etdi ki, bu, hətta Çunayevin hərbi salamını da kölgədə qoydu. Hə, bir də Roman Qriqorçukun təqdimatı zamanı video-çarxda ukraynalı mütəxəssisin mətbuat konfransına aerodrom kepkada gəlməsini əks etdirən görüntülər zaldakıların, o cümlədən, elə onun özünün təbəssümünə səbəb oldu.
Beləliklə, ardıcıl 3-cü dəfə "İlin Qalibləri" layihəsini həyata keçirdik. Bu layihənin ərsəyə gəlməsində əməyi keçən hər kəsə, o cümlədən, informasiya dəstəkçisi "Report" agentliyi və baş sponsor "Kolizey İnşaat"a təşəkkürümüzü bildiririk. Açığı, əvvəlki layihələr bu qədər geniş müzakirə doğurmamışdı. Tənqidlər, irad və təkliflər də oldu, müsbət fikirlər də. Deməli, görülən işi qiymətləndirənlər yetərincədir. Ən əsası da budur.
Komandanı isə təbrik edirik. 11 nominant və 3 xüsusi mükafatçıdan ibarət KOMANDANI!
Elşən MƏMMƏDOV, sportnet.az

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Düzgün təməlin bəhrəsi
- “Sabah”ın prezidentindən FİFA referisinə təhdid: “Səni hakimlikdən uzaqlaşdıracağam”
- “Sabah”ın yalanı: Sekidika özü “Neftçi”yə keçmək istəyib
- “Onsuz da “Neftçi” ilə oyunun nəticəsinə əsasən istefa qərarı qəbul olunmuşdu”
- “Sabah” - “Kəpəz” oyunundan sonra dava - EKSKLÜZİV
- Media sektor, yoxsa karvansara?
- “Neftçi”nin əməkdaşının vurduğu qol II Liqada ayın ən yaxşısı seçildi
- Kadi “Turan Tovuz”un qapıçısından üzr istəyib: “O dedi, mən dedim...”
- “Neftçi” - “Araz-Naxçıvan” oyununun biletləri satışa çıxarıldı
- “Neftçi”nin sabiq baş məşqçisindən gözlənilməz ayrılıq
- Cavid Hüseynovun bəhanələri
- “Turan Tovuz”un əsas korpus binasının açılışı keçirilir
- AFFA-nın bir illik faliyyəti - sıfır!
- Sərxan Hacıyev ofsaydda
- “AFFA rəhbərliyi “Dinamo” ilə bağlı bu ideyaya isti yanaşmalıdır”
-
13:00
“Kəpəz” “Araz-Naxçıvan”a, “Neftçi” “Zirə”yə qarşı
-
12:51
"Yuventus" "Leççe"ni çətinliklə üstələdi VİDEO
-
12:36
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:27
"Arsenal" öz meydanında büdrədi VİDEO
-
12:00
Qurban Qurbanov - 53! - İlk məşqçisi bilmədiyimiz məqamları açıqladı VİDEO
-
11:45
"Barselona" istəyinə avtoqolla çatdı VİDEO
-
11:32
Zamiq oynadı, komandası məğlub oldu
-
11:19
Aleks Fernandes: “Zirə” ilə oyunda hədəf yalnız 3 xaldır”
-
10:56
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı VİDEO
-
10:43
Ronaldo qollarının sayını 933-ə çatdırdı
-
10:24
“İnter” 3 xalı 3 qolla qazandı VİDEO
-
10:08
Renatın məhsuldar ötürməsi kifayət etmədi
-
09:56
“Beşiktaş” öz meydanında uduzdu VİDEO
-
09:31
Mahirin qol həsrəti başa çatdı
-
09:17
“Mançester Siti”dən 5 qollu qələbə VİDEO
-
09:00
Krivotsyukun komandası heç-heçə ilə kifayətləndi
-
22:46
AFFA-nın növbəti biabırçılığı: UEFA layihəsi çərçivəsində torsuz qapılar FOTOLENT
-
22:27
"Sumqayıt" uduzdu VİDEO
-
22:05
“Ardıcıl qollar gözlənilməz oldu”
-
21:34
Abbasov: "Zərbə bizə dəyəcək"
-
21:11
"Turan Tovuz"dan əzmkar qələbə, Sumqayıtda 3 qol vuruldu
-
20:29
"Neftçi" "Zirə" ilə oyuna hazırdır FOTOLENT
-
19:48
Kurban Berdiyevdən qələbə şərhi
-
19:13
"Turan Tovuz"dan geridönüş VİDEO
-
18:32
"Sumqayıt" - "Şamaxı" matçı üçün heyətlər müəyyənləşdi
-
18:01
“Neftçi” “Zirə” önünə 4 itki ilə çıxacaq
-
17:27
Tovuzda yenə hakimlər ön planda: Berdıyevə “qırmızı” göstərildi
-
16:55
“Qəbələ”dən 300-cü qələbə
-
16:14
Tovuzda heyətlər açıqlandı
-
15:46
Güləşçimiz erməni rəqibinə qalib gəldi
-
15:20
Elvin Bədəlov: “Ola bilər, prinsipiallıq məşqçilər arasındadır, bizə aidiyyəti yoxdur”
-
14:39
"Sumqayıt"ın Müşahidə Şurasının üzvü vəfat edib
-
13:17
Azərbaycan çempionatında əcnəbi hakimlər
-
12:53
Azərbaycan Premyer Liqasında mövsümün üçüncü het-triki
-
12:28
"Leypsiq" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:02
UFC turniri ilk dəfə Azərbaycanda
-
11:45
Kökçü ehtiyatda qaldı, komandası yenə uduzdu
-
11:14
“Qarabağ” Azərbaycan çempionatlarında 1600-cü qolunu vurub
-
10:56
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:39
"Milan" "Udineze"ni darmadağın etdi VİDEO
-
10:21
Millimizin üzvü: “Komandamız 3 xal qazanmağa layiq idi”
-
10:00
Benzia: “Qarabağ”la yeni müqavilə barədə danışıqlar gedir, lakin...”
-
09:47
Azərbaycanın beş boksçusu 1/4 finala yüksəlib
-
09:13
"Qalatasaray" Samsundan 3 xalla qayıtdı VİDEO
-
22:54
Millimiz İsveçə səfərdə məğlub oldu
-
21:46
"Səbail" - "Qarabağ" matçında 5 qol VİDEO
-
21:38
Elvin Məmmədov: “Futbolda hər şey mümkündür”
-
21:25
Qurban Qurbanov: “Nə özümdən küsmüşəm, nə də futboldan”
-
20:53
"Qarabağ" "Səbail"ə qalib gəldi
-
20:09
Güləşçimiz ermənistanlı rəqibini məğlub edərək finala çıxdı