10 Noyabr 2024, Bazar günü
"Qarabağ"ın 2 futbolçusu 100-ə çatdı
Bayılda və Masazırda heç-heçə
Berdiyev: "Bu gün 2 xal itirdik"
"Neftçi" qələbəni əldən verdi

Futzal

“Azərbaycan millisinin qrup birincisi olacağını düşünürəm”

Futzal üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu çərçivəsində Moldovaya 6:1 hesabı ilə qalib gəlib. Matçdan sonra Futbolxeber.az saytının əməkdaşının da suallarını cavablandıran rəqib komandanın baş məşqçisi Vladimir Vusati məğlubiyyəti belə şərh edib:
 
- Bilirdik ki, rəqib çox güclüdür. Meydan sahbilərinin heyətində braziliyalılar var. Onlara qarşı şəxsi mübarizələr həmişə çətin olub. Oyunun əvvəlində bir az müqavimət göstərməyə çalışsaq da, individual mübarizədən sonra qol buraxdıq. Azərbaycan yığmasında ustalıq səviyyəsi yüksəkdi. Bizə gəlincə isə düşünürəm ki, rəqiblə müqayisədə çox da pis təsir bağışlamadıq. Ancaq 6 qol da çox ağır oldu. Komandamız tam heyətlə oynaya bilmirdi. 4 aparıcı futzalçımız meydana çıxmamışdı. Bütün hallarda rəqibin haqqını vermək lazımdı. Bizi dəvət etdikləri üçün də təşəkkür edirik. 4 il əvvəl də qarşılaşmışdıq. Onda da 6:1 hesabı ilə məğlub olmuşduq. Nə etmək olar? Sabahkı oyuna hazırlaşacağıq. Çalışacağıq ki, mümkün qədər dolğun oyun nümayiş etdirək və rəqibə maksimum müqavimət göstərək.
 
- Azərbaycan millisinin qarşıdakı seçmə mərhələ üçün şanslarını necə dəyərləndirirsiniz?
- Məncə, qətiyyən hansısa problem axtarmağa dəyməz. Sizinlə oynamağa hazırlaşan bütün rəqiblər sonuncu dünya çempionatında necə çıxış etdiyinizi bilirlər. Birmənalı şəkildə düşünürəm ki, qrupdan birinci yerdə çıxmalısınız. Bizim üçün isə çətin olacaq. Qrupumzda Polşa, İspaniya, Serbiya kimi güclü komandalar var. Futzal belədi də, bəzən gözlənilməzliklər olur. Ancaq istənilən halda sizin qrup birincisi olacağınızı düşünürəm.
 
- Sabahkı oyunda komanda yorğun olacaq. Həm uzaq yol gəlib, həm də ardıcl iki gün oynamaq...
- Doğrudur, bir az hiss olunacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30