Ölkə futbolu
Çertoqanov: “Bu yaşda yığmada oynamaq çox çətindir”
“Sumqayıt"ın və milli komandamızın üzvü Aleksandr Çertoqanov Ukrayna mətbuatına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Azərbaycan vətəndaşlığını qəbul etmək sənə çətin olmadı ?
- Çətin olduğunu deyə bilmərəm. 2005-ci ildə yerli futbol funksionerləri mənə dedilər ki, "əgər yaxşı oynasan millinin məşqçiləri sənə "DÇ-2006"nın seçmə mərhələsində şans verəcəklər". Anladım ki, millidə oynamaq böyük şərəf və məsuliyyətdir. Buna görə də Azərbaycan vətəndaşlığını qəbul etməyə razılaşdım. Dünyanın güclü yığmalarına və ulduz futbolçularına qarşı oynamaq çox maraqlı idi. Nəzərə alaq ki, mənim həmin vaxt Ukrayna millisində oynamaq şansım yox idi. Ümumiyyətlə Ukrayna yığmasında dayaq yarımmüdafiəsi mövqeyində heç zaman problem olmayıb. Həmin vaxtlar Ukrayna millisində yarımmüdafiə xəttində Anatoli Timoşuk, Yevgeni Lovçenko və Rotan çıxış edirdilər.
- Azərbaycan millisinin heyətində 50-dən çox oyun keçirmisən. Bunlardan ən çətini hansı oyun olub?
- Əlbəttə ki, fərqli oyunlar olub. Ən çətin görüş kimi Almaniya millisinə qarşı keçirdiyimiz oyunu qeyd edə bilərəm. Bundestim bütün mövqelər üzrə güclü və mütəşəkkil komandadır. Futbolçulara gəldikdə çoxlarına qarşı oynamaq çətin olub. Fərdi olaraq Eden Hazard (Belçika), Mixael Ballak və Bastian Şvaynştayger (hər ikisi Almaniya), Deku və Kriştiano Ronaldo (hər ikisi Portuqaliya) kimi futbolçuları fərqləndirərdim. Həmin futbolçular meydanda yüksək texnikaları ilə fərqlənirdilər. Onlar öz yığmalarının liderləri idi.
- Azərbaycan çempionatının səviyyəsi haqda nə deyə bilərsən?
- Son illərdə çempionatın səviyyəsi xeyli yüksəlib. Yerli federasiya yerli çempionatı 10 komanda olmaqla dörd dövrəli sistemlə keçirir. Çempionata hazırda Yuri Syominin başçılıq etdiyi "Qəbələ" klubu başçılıq edir. Qəbələ təmsilçisi "Neftçi"dən bir xal, "Qarabağ"dan isə iki xal irəlidədir. Digər klublarda da yüksək səviyyəli futbolçular çıxış edir. Bir neçə gün öncə Rusiya millisinin sabiq üzvü Marat İzmaylov "Qəbələ"yə transfer olundu. Syominin komandasında Daniel Subotiç, Rafael Santos və Viktor Mendi kimi aparıcı futbolçular var. Ukrayna Premyer Liqası ilə müqayisə etsək Azərbaycan çempionatının “ilk altılığ”ında qərarlaşan komandalar Ukraynanın ortabab klublarından güclü təsir bağışlayar.
- Hazırda çıxış etdiyin "Sumqayıt" klubunda işlər heç də yolunda getmir...
- Haqlısız. Son turda "Qəbələ"nin legionerləri Lorenso Ebesilio və braziliyalı Leonardo qapımıza qol vurdular. Öz meydanımızda böyükhesabla məğlub olduq - 0:3. Buna görə də sonuncu pillədə qərarlaşmışıq. Əsas məqsədimiz isə güclülər dəstəsində qalmaqdır. Vəziyyəti düzəltməyə çalışacağıq.
- Necə düşünürsən, Berti Foqts Azərbaycan millisinin səviyyəsini qaldırıbmı?
- Foqts dünya futbolunun dəyəridir. O həm futbolçu, həm də məşqçi kimi çox şey əldə edib. İnkişaf var. Komanda hər oyunda sonadək mübarizə aparır. Artıq Azərbaycan millisinə əvvəlki kimi qol vurmaq asan deyil. Bəzi uğurlar da var. Oyun intizamı yüksək səviyyədədir və futbolçular məşqlərdə maksimum çalışırlar.
- Yenidən millidə oynayacağını gözləyirsən?
- Mən öz imkanlarımı nəzərdən keçirirəm. Bir müddət öncə zədə səbəbindən karyeramı başa vura bilərdim. Ancaq bərpa olundum və klubda oynamağa davam edirəm. Tezliklə 34 yaşım olacaq. Bu yaşda yığmada oynamaq çox çətindir.
- Bu il Ukrayna klublarında oynaya biləcəyinlə bağlı xəbərlər yayılıb...
- Bəli. Belə variant var idi. Ancaq rəsmi bir şey olmadı. Ona görə bu barədə danışmağın mənası yoxdur.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- 93 yaşlı klub tarixində ilk dəfə Türkiyə Superliqasında
- AFFA Barış Şimşəklə vidalaşdı
- “Turan Tovuz"un təklifini qəbul etməməyimdə Ayxan Abbasovla dostluğumuz başlıca roy oynamadı”
- Gedəni saxlamazlar
- Mövsümün bəxtsizi - “Səbail”
- Aydın Bayramov: “Qarabağ”a 3 qol vurub, yekunda uduzmaq adama çox pis təsir edir”
- Mahmudov “Neftçi”dən getdi
- ETOPAZ: PULSUZ MƏRC GƏLDİ
-
14:00
Avro-2024: Futbolxeber.az-la qazan!
-
13:46
Florian Virts rekorda imza atıb
-
12:22
Ceyhun Nuriyev: “Hər iki oyunda meydanda özünəinamlı Azərbaycan millisi var idi”
-
11:39
Fernandu Santuş daha bir neçə idman obyektləri ilə tanış olub
-
11:17
“Bakı”nın sabiq baş məşqçisi “Füzuli”də
-
10:00
Mərc həyəcanını doyunca yaşamaq üçün bundan əla fürsət ola bilməz!
-
09:44
“Qarabağ”ın baş məşqçisindən çempionluq şərhi: “Finala yaraşan oyun idi”
-
00:56
Avro-2024 darmadağınla başladı
-
23:15
Avro-2024-ün ilk qolu vuruldu
-
21:42
"Şamaxı"da yeni müqavilə
-
19:34
Maksim Medvedevin oğlu da çempion oldu: “Daim atamın dəstəyini hiss etmişəm”
-
19:19
“Qarabağ” finalda “Neftçi”ni məğlub etdi
-
19:06
Musa Qurbanlı “Qarabağ”a qayıtdı
-
18:50
"Araz Saatlı" - "Cəbrayıl" oyununun hakimləri açıqlandı
-
17:33
ETOPAZ-da AVRO 2024 üzrə Fantasy Liqasına qoşulmaq üçün SAATLAR QALDI!
-
17:18
Azərbaycan təmsilçisi multi-idman oyunlarında bürünc medal qazanıb
-
16:47
AFFA şikayətləri təmin etmədi
-
16:25
"Sabah"da ayrılıq
-
15:34
Avro-2024: Münhen - açılış oyununa doğru FOTOLENT
-
15:19
Ayxan Abbasovun köməkçiləri müəyyənləşdi
-
14:52
Azərbaycan samboçusundan bürünc medal
-
14:41
I Liqada ən çox azarkeş toplayan komanda hansıdır?
-
14:06
Çimərlik voleybolu üzrə Azərbaycan çempionatının tarixində dəyişiklik
-
13:28
“Real”ın kapitanı “Əl-İttihad”a keçir
-
13:17
Falkao Kolumbiyaya qayıdır
-
12:34
Azərbaycan millisi FIFA reytinqində irəliləyib
-
12:00
Avro-2024: Futbolxeber.az-la qazan!
-
11:45
Bakıda UEFA-nın dəstəyi ilə keçirilən məşqçi kurslarına yekun vurulub
-
10:53
“Nyukasl” yeni müdafiəçi ilə gücləndi
-
10:29
Hummelsdən ərəblərə "yox" cavabı
-
10:11
Fernandu Santuş idman obyektləri ilə tanış olub FOTOLENT
-
09:47
Azərbaycanın millisi Fransada turnirdə mübarizəyə başlayır
-
09:30
Avro-2024: Şotland azarkeş piyada 42 günə Qlazqodan Münhenə çatdı
-
18:45
Emin Əmrullayev Avropa Kubokuna vəsiqə qazanan basketbolçularla görüşüb
-
18:14
Azərbaycan güləşçiləri Polşada beynəlxalq turnirdə iştirak edəcəklər
-
17:53
Bakıda şahmat üzrə ölkə çempionatı keçirilib
-
17:38
Azərbaycanda basketbol hakimliyi kursları keçiriləcək
-
17:29
Albaniya ilə oyunda zədələnən millimizin üzvünün son durumu məlum oldu
-
17:16
Davit Volkov yenidən “Zirə”də
-
16:50
ETOPAZ-da Avro-2024 üzrə Fantasy Liqasına qoşulmaq üçün son 1 GÜN!
-
16:07
Rövşən Nəcəf Santuşla görüşüb FOTOLENT
-
15:42
İnklüziv minifutbol turniri keçirilib
-
14:31
Davit Volkov "Sabah"dan ayrıldı
-
14:15
Şahmatçımız dünya çempionatında bürünc medal qazanıb
-
13:54
"Sumqayıt" Manteka ilə vidalaşdı
-
13:20
Qurban Qurbanov millinin baş məşqçi seçiminə niyə qatılmayıb?
-
12:43
Fernandu Santuş: "İnanıram ki, tarixi nəticələrə imza atacağıq"
-
12:36
Sərxan Hacıyev: “Müqavilənin bəzi hissələrini açıqlaya bilərik, bəzi hissələrini yox"
-
12:29
"Zirə"da daha 2 yeni müqavilə
-
12:00
Ayxan Abbasov: “Çətin olacaq, amma yaxşı komanda quracağıq”