16 Iyun 2024, Bazar günü
Avro-2024: Futbolxeber.az-la qazan!
Avro-2024 darmadağınla başladı
Avro-2024-ün ilk qolu vuruldu
Musa Qurbanlı “Qarabağ”a qayıtdı

Ölkə futbolu

Türkiyə klubu “Spartak”ın futbolçusunu transfer edir

Kim Çölstrem Moskva “Spartak”ını tərk edəcək. Futbolxeber.az-ın məlumatına görə, isveçli futbolçu karyerasını Türkiyə Superliqasında davam etdirəcək. O, bu ölkənin “Bursaspor” klubu ilə anlaşıb. Tərəflər 3 illik müqaviləyə imza atacaqlar. Transferə görə “Bursaspor” “Spartak”a 2,5 milyon avro ödəyəcək. Çölstrem qarşıdakı günlərdə “Bursaspor”un düşərgəsinə qoşulacaq.

Qeyd edək ki, Çölstrem karyerası ərzində “Hakken”, “Yurqorden” (hər ikisi İsveç), “Renn”, “Lion” (hər ikisi Fransa) klublarında çıxış etdikdən sonra 2012-ci ildə “Spartak”a transfer olunub. Moskva klubunun heyətində 29 matça çıxan isveçli futbolçu 3 dəfə rəqib qapısına yol tapıb. 2001-ci ildən etibarən İsveç yığmasına dəvət alan təcrübəli yarımmüdafiəçi 13 il ərzində forma geydiyi 108 oyunda 16 qol vurub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30