15 Iyun 2024, Şənbə
Avro-2024: Futbolxeber.az-la qazan!
Avro-2024 darmadağınla başladı
Avro-2024-ün ilk qolu vuruldu
Musa Qurbanlı “Qarabağ”a qayıtdı

Ölkə futbolu

Mətbuat xidməti əməkdaşları üçün seminar keçirilib

"Bakcell Arena"da Lisenziyalaşdırma prosesi çərçivəsində mətbuat xidməti əməkdaşları üçün seminar keçirilib. Futbolxeber.az-ın məlumatına görə, UEFA-nın mətbuat üzrə nümayəndəsi Martins Hartmanisin rəhbərliyi ilə keçirilən məşğələlərdə Azərbaycan Premyer Liqasında, Birinci divizionda mübarizə aparan klubların, həmçinin AFFA və Peşəkar Futbol Liqasının mətbuat xidmətinin əməkdaşları iştirak edib.
Seminarda ilk olaraq AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov çıxış edib. Futbolun inkişafında və təbliğində mətbuatın böyük rolunun olduğunu qeyd edən E.Məmmədov seminarın proqramını iştirakçıların diqqətinə çatdırıb.
Martin Hartmanis əsasən UEFA Çempionlar Liqası və Avropa Liqası oyunlarının nümunəsində mətbuat xidməti əməkdaşlarının öhdəsinə düşən vəzifələr barədə danışıb, mövzu ilə bağlı maraqlı videoçarxlar və fotolar nümayiş etdirilib.
Seminar iştirakçıları bir neçə qrupa bölünərək müxtəlif mövzularda olan sualların düzgün cavabını müəyyənləşdirmək, tapşırığa uyğun ehtimal olunan problemlərdən ən optimal çıxış yolunu tapmaq üçün müzakirələr aparıb, yekunda hər qrupun bir təmsilçisi çıxış edərək qrupun gəldiyi ümumi qənaəti səsləndirib.
Fasilədən sonra praktiki məşğələ təşkil olunub. Azərbaycan Premyer Liqasının XVII turunun "Neftçi" - "Qəbələ" oyunundan əvvəl seminar iştirakçıları mətbuat sektoruna, MİX zonaya baxış keçirib, qeyd olunmuş qarşılaşmanı izləyiblər.
Seminarın sonunda iştirakçılara sertifikat təqdim olunub və xatirə şəkli çəkdirilib. 
 

affa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30