16 Iyun 2024, Bazar günü
Avro-2024: Futbolxeber.az-la qazan!
Avro-2024 darmadağınla başladı
Avro-2024-ün ilk qolu vuruldu
Musa Qurbanlı “Qarabağ”a qayıtdı

Ölkə futbolu

"Sumqayıt" Vüqar Əskərovu transferə çıxardı

"Sumqayıt" Futbol Klubunun hücumçusu Vüqar Əskərov transferə çıxarılıb. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Vüqar cari mövsümdə Azərbaycan Premyer Liqasında 12 qarşılaşmada ümumilikdə 792 dəqiqə meydanda olub və 2 qol vurub. Bununla əlaqədar olaraq Vüqar klubun rəsmi saytına açıqlama verib: "Əvvəlcə "Sumqayıt" Futbol Klubunun rəhbərliyinə mənə inanıb dəvət etdikləri üçün minnətdarlığımı bildirirəm. Həqiqətən bu klub mənim üçün vətənimdə böyük təcrübə oldu. Burada olduğum müddətdə bir neçə dəfə A milli komandaya çağırıldım. "Sumqayıt"dan xoş hisslərlə ayrılıram, məşqçi heyətinə üzərimdəki əziyyətlərinə görə təşəkkür edirəm. Onlara Premyer Liqada uğurlar arzulayıram. Ailə vəziyyətim və bəzi səbəblərə görə transferə çıxarılmağımı istədim. Rəhbərliklə danışıb vəziyyəti onlara başa saldım. Yaxın günlərdə məsələ öz həllini tapacaq".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30