1 Noyabr 2024, Cümə
"Qəbələ" və "İmişli" 1/8 finalda
XII turun hakim təyinatları
“Neftçi” yeni əməkdaşlığa başladı
Daha 4 komanda 1/8 finalda

Ölkə futbolu

"Bakı"nın futbolçusu: "İlk dəfədir ki, belə təlim-məşq toplantısı keçiririk"

Fransanın Lans şəhərində təlim-məşq toplantısını davam etdirən "Bakı"nın U-15 komandasının üzvləri gündə 2 dəfə məşqə çıxaraq, texniki-taktiki fəndlər və fiziki hazırlıqla çalışmalarını davam etdirirlər. Futbolxeber.az-ın məlumatına görə, asudə vaxtlarını mədəni proqram çərçivəsində ekskursiya və görüşlərə ayıran gənc futbolçular uyğunlaşma dövrünü geridə buraxıblar. Bu günlərdə komanda daha bir yoldaşlıq oyununda gücünü sınayacaq. Qeyd edək ki, ilk iki oyunda məğlub olan U-15 komandasının üzvləri növbəti qarşılşmaya ciddi hazırlaşırlar. Gənc futbolçular qarşıdan gələn yoxlama oyunu öncəsi Fransa səfəri barədə klubun rəsmi saytına açıqlama veriblər.

Elxan Həsənli - qapıçı: İlk dəfədir ki, belə təlim-məşq toplantısı keçiririk. Lansda bizi çox yaxşı qarşıladılar və hazırlıq keçməyimiz üçün bütün şərait yaradılıb. Onu qeyd edim ki, Lans mükəmməl infrastruktura malikdir, məşqlər üçün ideal imkanlar var. Uşaqlar əzmkarlıqla və həvəslə çalışırlar. Diqqət çəkən budur ki, fransalı həmyaşıdlarımız bir qədər fərqli məşqlər edirlər. Etiraf etmək lazımdlr ki, onların səviyyəsi bizdən yüksəkdir. İlk iki oyunda məğlub olsaq da, bu bizi ruhdan salmır. Əksinə, daha da həvəsləndirir. Çalışacağıq ki, 3-cü oyunda daha yaxşı nəticə əldə edək.

Ağakərim Rəhimov - yarımmüdafiəçi: Fransada məşq keçmək özü-özlüyündə bir xatirədir. Klubumuzun prezidenti cənab Hafiz Məmmədova bütün kollektivimiz adından təşəkkürümü bildirmək istəyirəm. Həqiqətən də, burada gördüklərimiz komandamızın inkişafında önəmlidir. Arzu edərdim ki, digər yaş qrupları üzrə komandalarımız da bu imkanlardan yararlansınlar. Fransada hazırlıq keçsinlər və yoxlama oyunlarında güclərini sınasınlar. Belə oyunlarda çatışmayan cəhətlərimiz üzə çıxır və məşqçilərimiz onların aradan qaldırılması baxımından əlavə məlumat əldə edirlər.

Hilal Fərmanlı - müdafiəçi: Sərbəst vaxtlarımızı səmərəli keçirmək üçün xüsusi mədəni proqram tərtib olunub. Demək olar ki, komandamızda yüksək əhval-ruhiyyə hökm sürür. Fransa futbolda dünyanın ən irəlidə gedən ölkələrindən biridir. Onlardan çox şey öyrənməliyik. Futbol yalnız meydanda çıxıb mübarizə aparmaq deyil. Burada kollektiv amili, psixoloji hazırlıq böyük rol oynayır. İlk yoxlama oyunlarında böyük həyəcan var idi. Tədricən, buna alışırıq və çalışacağıq ki, daha yaxşı oyun göstərək. Klubumuzun rəhbərliyinə, şəxsən prezidentimiz Hafiz Məmmədova çox sagol demək istəyirik ki, bizim üçün belə bir şərait yaradıb. Söz verirəm ki, bunun qarşılığını öz nəticələrimizlə verəcəyik.

 


fcbaku.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30