16 Iyun 2024, Bazar günü
Rafael Məhərrəmli "Şamaxı"da
"Cəbrayıl" I Liqaya yüksəldi
Junior Martins rəsmən "Zirə"də
Avro-2024: Futbolxeber.az-la qazan!

Ölkə futbolu

Marko Veşoviç: "Əla komanda olduğumuzu göstərdik"

“Qarabağ”ın futbolçusu Marko Veşoviç Avropa Liqasının 1/8 final mərhələsində səfərdə “Bayer”ə 2:3 hesabı ilə məğlub olduqları cavab oyunu haqda danışıb.

Futbolxeber.az saytının məlumatına görə, monteneqrolu müdafiəçi UEFA-ya açıqlamasında tarixi şansı əldən verdikləri üçün çox təəssüfləndiyini bildirib:

“Çox, çox məyus oldum. “Bayer”ə qarşı iki dəfə əla oynadıq və buna görə mükafatlanmadıq. Bu, çox kədərlidir. Qırmızı vərəqədən sonra “Bayer” kimi komandaya qarşı dayanmaq üçün böyük vəzifəmiz var idi. Dəqiqələr ötdükcə təzyiqi artırdılar. Bu mövsüm əla komandamızın olduğunu sübut etdik. Gələn il yenidən cəhd edəcəyik”.

Xatırladaq ki, "Qarabağ"la "Bayer" arasında Bakıda keçirilən oyunda 2:2 hesabı qeydə alınıb. Leverkuzendə ötən gecə oynanılan görüşdə isə "Qarabağ" 2:0 hesabı ilə öndə olsa da, son dəqiqələrdə buraxdığı qollara görə uduzub və iki oyunun nəticəsinə əsasən (2:3, 2:2), mübarizəni dayandırıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30