16 Iyun 2024, Bazar günü
Avro-2024: Futbolxeber.az-la qazan!
Avro-2024 darmadağınla başladı
Avro-2024-ün ilk qolu vuruldu
Musa Qurbanlı “Qarabağ”a qayıtdı

Ölkə futbolu

Xabi Alonso: "Geridönüş etmək asan olmadı"

"Bayer"in baş məşqçisi Xabi Alonso Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"la cavab görüşündən sonra (3:2, ilk matç - 2:2) mətbuat konfransında iştirak edib.

Futbolxeber.az saytının məlumatına görə, ispan mütəxəssis 1/4 finala adladıqları üçün çox xoşbəxt olduğunu söyləyib: "Hesab 2:2 olanda sonra komandanın daha çox istəkli olduğunu gördüm. Qol buraxdıqdan sonra geri dönüş asan olmadı. Amma oyunçular yaxşı çıxış etdilər. Patrik Şikin son qolu da əla oldu. Əlbəttə ki, mərhələni keçdiyimiz üçün çox şadam. Hamımız eyni gəmidəyik və komanda ruhu bu mövsüm ən vacib şeydir. Mübarizə aparmaq istəyirik. Görürəm ki, komandada inam və aclıq var. Bu mənim üçün çox xoşdur. Frimponqun ilk qolundan sonra komandanın çox istəkli olduğunu gördüm".

Qeyd edək ki, sabah Avropa Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi keçiriləcək. Mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Burada "Bayer"in də rəqibinin adına aydınlıq gələcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30