15 Iyun 2024, Şənbə
Avro-2024: Futbolxeber.az-la qazan!
Avro-2024 darmadağınla başladı
Avro-2024-ün ilk qolu vuruldu
Musa Qurbanlı “Qarabağ”a qayıtdı

Ölkə futbolu

"Qarabağ"la cavab matçında son dəqiqəyə qədər mübarizə aparacağıq"

"Liqada yenidən qalib gəldik, inam və motivasiya səviyyələrini artırmaq vacib idi".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Braqa"nın baş məşqçisi Artur Jorje Portuqaliya çempionatının son turunda ötən gecə "Farense"yə qalib gəldikləri oyundan (2:1) sonra mətbuat konfransında deyib.

O, Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"la keçiriləcək cavab matçı ilə bağlı da fikirlərini bölüşüb: "Əlbəttə, "Qarabağ"la oyuna fərqli əhval-ruhiyyədə yollanacağıq. Artıq diqqətimizi Bakıdakı oyuna yönəltməyə başlayacağıq. Son dəqiqəyə qədər mübarizə aparacağıq ki, hesabı xeyrimizə dəyişək".

Baş məşqçi zədə səbəbindən "Qarabağ"la ilk oyunda meydana çıxmayan Portuqaliya millisinin vingeri Rikardo Hortanın Bakıdakı görüşə hazır olacağını da bildirib: "Mən 95 faiz əminəm ki, oynayacaq".

Qeyd edək ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq "Qarabağ" - "Braqa" görüşü saat 21:45-də başlayacaq. Bu komandalar arasında Portuqaliyada keçirilən ilk matç Ağdam təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30