16 Iyun 2024, Bazar günü
Avro-2024: Futbolxeber.az-la qazan!
Avro-2024 darmadağınla başladı
Avro-2024-ün ilk qolu vuruldu
Musa Qurbanlı “Qarabağ”a qayıtdı

Ölkə futbolu

"Braqa"nın futbolçusu: "Qarabağ"ı keçmək üçün hər şeyə sahibik"

"Bu, vacib bir qol idi. Çünki komandaya kömək edə bildim. Çox güclü və çox yaxşı təşkil olunmuş komanda ilə oyunda yenidən qalib gəlməyi bacardıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Braqa"nın futbolçusu Şer N'dour Portuqaliya çempionatının son turunda ötən gecə "Farense"yə qalib gəldikləri (2:1) oyundan sonra deyib.

Müqavilə ilə PSJ-yə məxsus olan və icarə əsasında "Braqa"da çıxış edən italiyalı yarımmüdafiəçi oyunda qələbə qolunun müəllif olub. O, Avropa Liqasının pley-off mərhələsinin "Qarabağ"la keçiriləcək cavab matçı haqda da fikirlərini bildirib: "İndi dincəlmək, məşq etmək və "Qarabağ"la oyuna hazırlaşmaq vaxtıdır. Biz hər şeyi xeyrimizə çevirmək və növbəti mərhələyə keçmək üçün lazım olan hər şeyə sahibik. Qələbə ruhunu qaytarmaq vacib idi. Biz hamımız sona qədər birlikdə əziyyət çəkdik və bu belə də davam edəcək”.

Qeyd edək ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq "Qarabağ" - "Braqa" görüşü saat 21:45-də başlayacaq. Bu komandalar arasında Portuqaliyada keçirilən ilk matç Ağdam təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30