15 Iyun 2024, Şənbə
Avro-2024: Futbolxeber.az-la qazan!
Avro-2024 darmadağınla başladı
Avro-2024-ün ilk qolu vuruldu
Musa Qurbanlı “Qarabağ”a qayıtdı

Ölkə futbolu

Cavid İmamverdiyev: “III Liqa da olsa, oynayaram, təki futbol olsun”

"İkinci Liqa mənim üçün sırf sağlamlıq baxımından çox yaxşıdır”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri II Liqada mübarizə aparan “Kür Araz”ın yarımmüdafiəçisi Cavid İmamverdiyev deyib.

O bildirib ki, aşağı liqada forma geyməklə artıq çəkidən qurtulmağa çalışır: “Artıq 2 ildir ki, peşəkar futbolu atmışam. Bildiyiniz kimi, “Sabah”ın akademiyasında məşqçi kimi çalışıram. Çəkimin artmaması baxımından II Liqada çıxış etməyim gözəldir. “Kür Araz”a xeyrim dəyirsə, buna yalnız sevinə bilərəm. Odur ki, bu komandanı seçməyimi düzgün hesab edirəm. III Liqa da olsa, oynayaram, təki futbol olsun”.

33 yaşlı futbolçu İmişli klubunun hədəflərindən də söz açıb: “Kür Araz”ın məqsədi ilk üçlükdə, dördlükdə olmaqdır. İnşallah bunu bacararıq. Bir qədər güclənməliyik. 3-4 yeni oyunçu komandaya qoşulmalıdır. Hücum və müdafiə xəttini gücləndirsək, nəticələrimiz daha da yaxşılaşacaq”.

Fərəc ASLANOV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30