Ölkə futbolu
“Mənim də, Bəhlulun da borcudur ki, bu komandaya kömək edək”
“Çətin oyun oldu. Axıra qədər qələbə qazanacağımıza inanırdım. Bu matça ciddi hazırlaşmışdıq. Hesabda geri olsaq da, hiss olunurdu ki, rəqibdən üstün oynayırıq”.
Futbolxeber.az saytına müsahibəsində bu sözləri II Liqanın VIII turunda “Dinamo”nu 3:2 hesabı ilə məğlub etdikləri oyundan sonra “Kür Araz”ın baş məşqçisi Ələmdar Mustafayev deyib.
İmişli klubu dünən qələbə qazansa da, reqlamenti pozduğuna, meydan aadı protokolda olan futbolçu daxil etdiyinə görə texniki məğlubiyyətlə üzləşəcək.
Ə.Mustafayev texniki səhvə yol verdiklərini etiraf edib: “Bu, sırf texniki səhvdir. Ceyhun Quliyev komandanın daimi oyunçusudur. Matçdan öncə protokolu mən doldurmuram. Təəssüf ki, sənədləri yazan şəxs Ceyhunun adını ehtiyat oyunçular skamyasında qeyd etməyi unudub”.
“Kür Araz”ın baş məşqçisi “Dinamo” ilə matçda geridönüş etmələrininin bir səbəbi kimi ikinci hissədə meydana çıxan Cavid İmamverdiyevin inamlı oyununu göstərib: “Cavidin oyuna daxil olmasından sonra oyunumuzda ciddi dönüş oldu. Onun təcrübəsi, ustalığı komandaya böyük fayda verdi. Hücumların qurulmasında Cavidin köməkliyi çox böyük oldu”.
“Kür Araz”ın baş məşqçisi bir müddət əvvəl kluba köməklik göstərən oğlu, millimizin və “Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadənin jesti barədə çox danışmağa ehtiyac olmadığını vurğulayıb: “Bu məsələnin qabardılmasının tərəfdarı deyiləm. Bəzi hallarda bu məsələlərin reklam olunmasına görə mən özüm də utanıram. Köməkdi də... Mənim də, Bəhlulun da borcudur ki, komandaya kömək edək”.
Ələmdar Mustafayev oğlunun oyunu barədə sualı belə cavablandırıb: “Bəhlul övladımdır, ona görə də çox dərinə gedə bilmirəm (gülür). Təbii ki, bir çoxları kimi mən də onun oyununu bəyənirəm. Təəssüf ki, son zamanlar zədə səbəbindən bəzi vacib oyunları kənardan izləməli olur. Ümid edirəm ki, bundan sonra hər şey onun üçün daha yaxşı olacaq”.
Fərəc ASLANOV
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- 93 yaşlı klub tarixində ilk dəfə Türkiyə Superliqasında
- AFFA Barış Şimşəklə vidalaşdı
- “Turan Tovuz"un təklifini qəbul etməməyimdə Ayxan Abbasovla dostluğumuz başlıca roy oynamadı”
- Gedəni saxlamazlar
- Mövsümün bəxtsizi - “Səbail”
- Aydın Bayramov: “Qarabağ”a 3 qol vurub, yekunda uduzmaq adama çox pis təsir edir”
- Mahmudov “Neftçi”dən getdi
- ETOPAZ: PULSUZ MƏRC GƏLDİ
-
16:54
15 İyun - Azərbaycan Xalqının Milli Qurtuluş Günü VİDEO
-
16:38
"Kəpəz" iki futbolçu ilə yolları ayırdı
-
15:11
Sahil Babayev Olimpiya Oyunlarına lisenziya qazanan boksçularla görüşdü
-
14:00
Avro-2024: Futbolxeber.az-la qazan!
-
13:46
Florian Virts rekorda imza atıb
-
12:22
Ceyhun Nuriyev: “Hər iki oyunda meydanda özünəinamlı Azərbaycan millisi var idi”
-
11:39
Fernandu Santuş daha bir neçə idman obyektləri ilə tanış olub
-
11:17
“Bakı”nın sabiq baş məşqçisi “Füzuli”də
-
10:00
Mərc həyəcanını doyunca yaşamaq üçün bundan əla fürsət ola bilməz!
-
09:44
“Qarabağ”ın baş məşqçisindən çempionluq şərhi: “Finala yaraşan oyun idi”
-
00:56
Avro-2024 darmadağınla başladı
-
23:15
Avro-2024-ün ilk qolu vuruldu
-
21:42
"Şamaxı"da yeni müqavilə
-
19:34
Maksim Medvedevin oğlu da çempion oldu: “Daim atamın dəstəyini hiss etmişəm”
-
19:19
“Qarabağ” finalda “Neftçi”ni məğlub etdi
-
19:06
Musa Qurbanlı “Qarabağ”a qayıtdı
-
18:50
"Araz Saatlı" - "Cəbrayıl" oyununun hakimləri açıqlandı
-
17:33
ETOPAZ-da AVRO 2024 üzrə Fantasy Liqasına qoşulmaq üçün SAATLAR QALDI!
-
17:18
Azərbaycan təmsilçisi multi-idman oyunlarında bürünc medal qazanıb
-
16:47
AFFA şikayətləri təmin etmədi
-
16:25
"Sabah"da ayrılıq
-
15:34
Avro-2024: Münhen - açılış oyununa doğru FOTOLENT
-
15:19
Ayxan Abbasovun köməkçiləri müəyyənləşdi
-
14:52
Azərbaycan samboçusundan bürünc medal
-
14:41
I Liqada ən çox azarkeş toplayan komanda hansıdır?
-
14:06
Çimərlik voleybolu üzrə Azərbaycan çempionatının tarixində dəyişiklik
-
13:28
“Real”ın kapitanı “Əl-İttihad”a keçir
-
13:17
Falkao Kolumbiyaya qayıdır
-
12:34
Azərbaycan millisi FIFA reytinqində irəliləyib
-
12:00
Avro-2024: Futbolxeber.az-la qazan!
-
11:45
Bakıda UEFA-nın dəstəyi ilə keçirilən məşqçi kurslarına yekun vurulub
-
10:53
“Nyukasl” yeni müdafiəçi ilə gücləndi
-
10:29
Hummelsdən ərəblərə "yox" cavabı
-
10:11
Fernandu Santuş idman obyektləri ilə tanış olub FOTOLENT
-
09:47
Azərbaycanın millisi Fransada turnirdə mübarizəyə başlayır
-
09:30
Avro-2024: Şotland azarkeş piyada 42 günə Qlazqodan Münhenə çatdı
-
18:45
Emin Əmrullayev Avropa Kubokuna vəsiqə qazanan basketbolçularla görüşüb
-
18:14
Azərbaycan güləşçiləri Polşada beynəlxalq turnirdə iştirak edəcəklər
-
17:53
Bakıda şahmat üzrə ölkə çempionatı keçirilib
-
17:38
Azərbaycanda basketbol hakimliyi kursları keçiriləcək
-
17:29
Albaniya ilə oyunda zədələnən millimizin üzvünün son durumu məlum oldu
-
17:16
Davit Volkov yenidən “Zirə”də
-
16:50
ETOPAZ-da Avro-2024 üzrə Fantasy Liqasına qoşulmaq üçün son 1 GÜN!
-
16:07
Rövşən Nəcəf Santuşla görüşüb FOTOLENT
-
15:42
İnklüziv minifutbol turniri keçirilib
-
14:31
Davit Volkov "Sabah"dan ayrıldı
-
14:15
Şahmatçımız dünya çempionatında bürünc medal qazanıb
-
13:54
"Sumqayıt" Manteka ilə vidalaşdı
-
13:20
Qurban Qurbanov millinin baş məşqçi seçiminə niyə qatılmayıb?
-
12:43
Fernandu Santuş: "İnanıram ki, tarixi nəticələrə imza atacağıq"