1 Noyabr 2024, Cümə
"Qəbələ" və "İmişli" 1/8 finalda
XII turun hakim təyinatları
“Neftçi” yeni əməkdaşlığa başladı
Daha 4 komanda 1/8 finalda

Ölkə futbolu

Numan Kurdiç: “Naxçıvanda oynamaq mənimçün problem deyil” (MÜSAHİBƏ)

“Araz-Naxçıvan”ın müdafiəçisi Numan Kurdiçin Futbolxeber.az saytına müsahibəsi

 

- Ardıcıl 2 qələbədən sonra “Araz-Naxçıvan” “Səbail”ə uduzdu (0:1). Bu yenilgiyə səbəb nə oldu?

- İlk hissədə ələ düşən 3 yaxşı fürsəti dəyərləndirə bilmədik. Bundan sonra qapımıza penalti təyin olundu. İkinci hissədə daha yaxşı oynasaq da, fərqlənə bilmədik. Növbəti oyunlarda bu cür hallara hazır olmalıyıq.

- “Neftçi” üzərində qələbədən sonra “Səbail”ə məğlubiyyəti gözlənilməz saymaq olar?

- “Səbail”lə oyunu da yaxşı keçirdik. Rəqibin cəmi 1-2 qol epizodu yaratmaq imkanı oldu. Artıq bu məğlubiyyəti unutmalıyıq. Növbəti oyunlara köklənməliyik. Qarşıda bizi uzun marafon gözləyir. Çalışmalıyıq ki, növbəti matçlarda yenidən qələbələri sıralayaq.

- Sözlərinizdən belə anlaşılır ki, komandanız “Səbail”lə görüşdə məğlubiyyətə layiq deyildi...

- Əslində, hər iki tərəfin qalib gələ biləcəyi bir görüş idi. Hər iki tərəf xal qazana bilərdi. Sadəcə bizim qol vurmaq üçün çoxlu fürsətlərimiz oldu. Onların isə cəmi bir penalti fürsəti oldu və onu da qola çevirə bildilər.

- Matçın taleyini həll edən penalti epizodu barədə nə düşünürsüz?

- Bilmirəm, nəsə demək çətindir. Düşünürəm ki, mənim mövqeyimdən penaltini görmək bir qədər mümkün deyildi.

- Nəticələrə əsasən "Araz-Naxçıvan" stabil çıxış etmədiyini söyləmək olar. Razısız bununla?

- Xal itirdiyimiz bəzi oyunları qələbə ilə başa vura bilərdik. Hesab edirəm ki, məğlub olduğumuz oyunlarda belə baxımlı çıxışla yadda qalmışıq. Ümumi götürsək, hazırkı performansımız olduqca yaxşıdır.

- İlk 7 turdan sonra debütantı olduğunuz Azərbaycan Premyer Liqasının gedişatı barədə fikirləriniz necədir? Belə çətin bir çempionat gözləyirdiniz?

- Mənimçün olduqca baxımlı liqadır. Hər bir komanda digəri ilə başabaş mübarizə apara bilir. Hər tur maraqlı görüşlərə və nəticələrə şahidlik edirik.

- Sizcə, "Araz-Naxçıvan" avrokuboklara iddia edə bilər?

- Bu barədə danışmaq üçün çox erkəndir. Cəmi 7 tur geridə qalıb. Belə oynamağa davam etsək, hər şey mümkündür.

- Qışda sonra Naxçıvanda oynayacağınız gözlənilir. Muxtar Respublika barədə məlumatınız var? Avropa şəhərlərindən geri qalmayan Bakını Naxçıvana dəyişmək sizin üçün çətin olmayacaq?

- Naxçıvan şəhərini hələ ki görməmişəm və təbii ki, orada zaman keçirmək fürsətim olmayıb. Naxçıvanda oynamaq mənimçün problem deyil. Bilirəm ki, stadionumuz təmir olunur və bu səbəbdən də ev oyunlarımızı Bakıda keçiririk. Təbii ki, stadion hazır olandan sonra oradakı azarkeşlər qarşısında çıxış etmək olduqca xoş olar.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30