1 Noyabr 2024, Cümə
"Qəbələ" və "İmişli" 1/8 finalda
XII turun hakim təyinatları
“Neftçi” yeni əməkdaşlığa başladı
Daha 4 komanda 1/8 finalda

Ölkə futbolu

Azər Bağırov: “Uduzsaq da, futbolçularımın yanındayam”

“İlk növbədə şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm. Bütöv Azərbaycan gözəldir. Oyuna gəldikdə, bu gün yaxşı oynadıq. Nəticə qazana bilməsək də, heyifsilənməməliyik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının VII turunda “Səbail”ə 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.

O, futbolçularının yanında olduğunu söyləyib: “Vəziyyəti təhlil edib, gələcəyə baxmalıyıq. Uduzsaq da, futbolçularımın yanındayam. Qol epizodları yaratsaq da, dəyərləndirə bilmədik”.

A.Bağırov komandasından narazı qalmadığını bildirib: “Bu gün həm müdafiədən topla çıxışımız, həm irəlidə oyunumuz pis alınmırdı. Düzdür, bəzən tələsirdik. Bu da oyunçuların təcrübəsizliyindəndir. 5 yerli futbolçu ilə oyuna başladıq. Onların çoxu uzun müddət Premyer Liqadan kənarda qalıblar. İnadkarlıqla mübarizə aparırlar. 90 faiz dediklərimi edirlər. Daha da artıracaqlar”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30