10 Noyabr 2024, Bazar günü
"Qarabağ"ın 2 futbolçusu 100-ə çatdı
Bayılda və Masazırda heç-heçə
Berdiyev: "Bu gün 2 xal itirdik"
"Neftçi" qələbəni əldən verdi

Ölkə futbolu

Rəşad Sadıqov: “Vacib qələbə qazandıq”

"Yaxşı, sürətli və keyfiyyətli oyun alındı. Hər iki komanda çox istəkli idi, qələbə qazanmaq istəyirdi. Birinci hissədə oyunumuz daha yaxşı alındı. Nəzarət bizim tərəfimizdə idi".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 3-cü turunda səfərdə "Səbail"ə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis gözlənilmədən qol buraxdıqlarını bildirib: “Rəqib bir az daha böyük qüvvə ilə irəli getməyə başlarkən müdafiədə boşluqlar yaranırdı. O dəqiqələrdə mütləq şəkildə nəticəni inkişaf etdirmək lazım idi. Amma biz boşluqlardan istifadə edə bilmədik və əksinə rəqib bizi cəzalandırdı".

R.Sadıqov ikinci hissənin əvvəlində "Səbail" daha aktiv oynamağa başladığını söyləyib: "70-ci dəqiqədən sonra yenə üstünlük bizim tərəfə keçdi. Meydanın mərkəzində topu ələ keçirdikdən sonra sürətli hücumla qol vurduq. Sonra futbolçular yaxşı xarakter göstərdilər, mübarizə apardılar, rəqibin fərqlənməyinə imkan vermədilər. Vacib 3 xal qazandıq. Komandamızı, azarkeşlərimizi və rəhbərliyimizi bu münasibətlə təbrik edirəm”.

“Zirə”nin çalışdırıcısı bu il çempionatın gərgin başladığını vurğulayıb: "Sumqayıt" ardıcıl 2 oyunda qalib gəlib. "Turan Tovuz" yalnız "Qarabağ"la matçda xal itirib. "Sabah", "Neftçi" və "Qarabağ" xal itirsə də, mövsümün gedişində öz formalarını yaxalayacaqlarını düşünürəm. Keçən il qələbə qazanmaq çətin olurdu. Bu il 3 oyunda qələbə qazansaq da, baxırsan ki, bütün komandaların xalları yaxındır. Bu, bir daha onu göstərir ki, çox gərgin mübarizə bizi gözləyir. Biz də komanda olaraq buna hazır olmalıyıq”.

R.Sadıqov komandanın qələbə qolunu vuran Filipe Paxtman haqda da danışıb: "Paxtmanı bir az erkən oyuna buraxmaq istəyirdim. Sadəcə süni ot örtüyünü nəzərə alıb, düşündük ki, son 15 dəqiqədə istifadə edək. Qələbəyə sevindiyim qədər Paxtmannın fərqlənməsinə də sevinirəm. Qol vurduqdan sonra yaxınlaşıb mənə "çox sağ ol" dedi. Məşqçilər heyəti, rəhbərlik ona çox güvənir. Bu gün fərqlənməyi bizi sevindirdi. Gələcəkdə də istəyirəm ki, uğurlu çıxışı stabil olsun".

Baş məşqçi ötən mövsümlə müqayisədə bu dəfə çempionata uğurlu start vermələrinin səbəbini belə izah edib: "İstər hazırlıqda, istər seleksiyada, heyətdə müəyyən dəyişiklərə getdik. Ancaq üç qələbəni buna bağlamaq düzgün olmazdı. Futboldur. Keçən il də az oyunlar olmadı ki,  qələbə qzanmalı idik, amma yekunda məğlub olırdıq. Uğurlu startı nəyəsə bağlamaq istəmirəm. Futbolçular istəyirəm ki, məsuliyyəti dərk etsinlər və buna uyğun növbəti oyunlara hazırlaşsınlar".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30