16 Iyun 2024, Bazar günü
Avro-2024: Futbolxeber.az-la qazan!
Avro-2024 darmadağınla başladı
Avro-2024-ün ilk qolu vuruldu
Musa Qurbanlı “Qarabağ”a qayıtdı

Ölkə futbolu

Ozobiç: “Bütün gücümü Azərbaycan millisinin uğuru üçün sərf edirəm”

“Xorvat olaraq qalıram, amma bütün gücümü Azərbaycan millisinin uğuru üçün sərf edirəm”.

Futbolxeber.az saytının məlumatına görə, bunu Azərbaycan yığmasının futbolçusu Filip Ozobiç Rusiyanın “RB Sport” nəşrinə müsahibəsində deyib.

Bu yay “Qarabağ”dan “Neftçi”yə keçən 32 yaşlı yarımmüdafiəçi milli seçimini belə əsaslandırıb: “Düzdür, Xorvatiyanın əsas yığmasında iştirak etmişəm. Ancaq sonradan Azərbaycan millisində oynamağı qərara aldım. Bu komandanın heyətində artıq 10 oyun keçirmişəm. Buna görə şadam”.

Vaxtilə Moskva “Spartak”ında çıxış etmiş Ozobiç Rusiya və Azərbaycan paytaxtlarını müqayisə edib: “Moskva çox gözəldir. Amma mən uzun müddətdir Bakıda yaşayıram, oynayıram. Bakı da çox cəlbedici şəhərdir”.

Qeyd edək ki, Filip Ozobiç 2010-2013-cü illərdə “Spartak”ın formasını geyinib.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30