15 Iyun 2024, Şənbə
Avro-2024: Futbolxeber.az-la qazan!
Avro-2024 darmadağınla başladı
Avro-2024-ün ilk qolu vuruldu
Musa Qurbanlı “Qarabağ”a qayıtdı

Ölkə futbolu

Emin Mahmudov: "Neftçi"dən getmək istəsəydim, daha əvvəl gedərdim"

"Neftçi"nin kapitanı Emin Mahmudov klubla yeni müqavilə imzalaması ilə bağlı təəssüratlarını bölüşüb.

Futbolxeber.az saytının məlumatına görə, millimizin üzvü "Neftçi" TV-yə açıqlamasında deyib:

"Neftçi"də qaldığım üçün çox sevinirəm. Çünki 6 ilə yaxındır komandadayam, hamını yaxşı tanıyıram, yaxşı münasibətim var. Komandam üçün xeyirl olsun. Çalışacam ki, tezliklə formamı bərpa edim və azarkeşləri yenə sevindirim. Nətiəcələrimiz daha yaxşı olmalıdır. Bunun üzərində çalışacağıq. Komandanın düşərgəsində olmayanda da "Neftçi"ni izləyirdim, oyununa baxırdım. Çalışacağıq ki, komanda olaraq toparlanaq, forma yığaq. Qarşıda bizi yaxşı günlər gözləyir".

Təcrübəli yarımmüdafiəçi "Neftçi" ilə müqaviləni uzadanda pula önəm vermədiyini bildirib: "Pul çox vacibdir, amma hər şey deyil. Mənə əvvəllər də yaxşı təkliflər gəlib. Getmək istəsəydim, gedərdim. Şadam ki, buradayam".

Qeyd edək ki, "Nefçi" bu gün Emin Mahmudovla 2+1 illik müqavilə imzalandığını açıqlayıb. O, 2017-ci ildən paytaxt klubunda çıxış edir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30