10 Noyabr 2024, Bazar günü
"Qarabağ"ın 2 futbolçusu 100-ə çatdı
Bayılda və Masazırda heç-heçə
Berdiyev: "Bu gün 2 xal itirdik"
"Neftçi" qələbəni əldən verdi

Ölkə futbolu

Rövnəq Abdullayev milli komanda ilə görüşüb

Bu gün Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Mərkəzində AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının üzvləri ilə görüşüb.
 
Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, assosiasiyanın vitse-prezidenti Vaqif Sadıqov, İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov və baş katib Sərxan Hacıyevin iştirak etdiyi görüşdə AFFA prezidenti millimizin üzvlərini Novruz bayramı münasibətilə təbrik edib, 2024-cü ildə Almaniyada təşkil olunacaq Avropa çempionatının seçmə mərhələ oyunlarında komandamıza uğurlar arzulayb.
 
Baş məşqçi Canni De Byazi və millimizin kapitanı Emin Mahmudov AFFA rəhbərliyinə təşəkkürünü bildirib, qarşıdakı oyunlarda uğurlu nəticə qazanmaq üçün komandanın tam gücü ilə səfərbər olacağını qeyd ediblər.
 
Xatırladaq ki, Avro-2024-ün seçmə mərhələsi çərçivəsində millimiz martın 24-də Linz şəhərindəki “Raiffeisen Arena”da Avstriya, 3 gün sonra isə Solna şəhərində yerləşən “Friends Arena”da İsveç komandası ilə qarşılaşacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30