Ölkə futbolu
Tərlan Əhmədov: "Neftçi"dən xal almaq böyük nəticədir"
"Maraqlı oyun izlədik. İtkilərə baxmayaraq, komandanı motivasiya etmişdik. Əzəli rəqiblə derbidə yaxşı mübarizə aparıb xal götürmək vacib idi. Komandam gözəl mübarizə apardı. Yaxşı oynadıq. Hesab böyük də ola bilərdi, biz də onlar da qalib gələ bilərdi".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 27-ci turunda "Neftçi"də ilə keçirilən səfər matçından sonra mətbuat konfransında deyib.
O, 2:2 hesablı bərabərliyi belə şərh edib: "İntizamlı oyunumuz məni daha çox sevindirir. İnkişaf edirik. Qalib gələ bilən komanda kimi formalaşırıq. Oyuna görə futbolçularıma təşəkkür edirəm. Çox xallar itirmişik. Öz səhvlərimizdən də, hakim səhvlərindən də. Oyun göstərdi ki, düz yoldayıq və fasilədən sonra problemləri həll edib, komandanı bir balaca da yuxarı qaldıra bilərik. Azarkeşlərə təşəkkür edirəm. Veteran futbolçulara da həmçinin.
"Neftçi" də böyük klubdur, "Kəpəz" də. Amma "Kəpəz" uzun müddətdən sonra Premyer Liqaya qayıdıb. Yeddinci aydır buradayıq. "Neftçi"dən xal almaq böyük nəticədir. Çünki yeni formalaşırıq. Heç-heçə ədalətli nəticə idi. Hər iki komandanın şansı var idi. Səfərdə qazanılan bir xal düzgün, uğurlu yolumuzda təkan olacaq".
T.Əhmədov qeyd edib ki, əsas məqsədləri Premyer Liqada qalmaqdır: "Ağır qrafikdir. Komandanın buna qədər və bu gün göstərdiyi oyun ümid verir ki, Premyer Liqada qalaq. Qarşıma qoyulan məqsəd liqada yerimizi qorumaqdır. Çalışıram ki, 6-7-ci yerlərdə olaq. Bura gələndə deyirdilər ki, hara gedirsən, orada futbol oynamırlar. Amma futbolçuların oynadığı oyunu görürsüz. Onlara təkliflər var".
Baş məşqçi futbolçularını bugünkü oyuna çox asan motivasiya etdiyini bildirib: "Komanda yenidir, formalaşma prosesi gedir. Stabil oyundan söhbət gedə bilməz. Çalışıram ki, 3-4 oyun stabillik, qələbələr olsun. Möcüzə yaradacaq bir şeyim yoxdur. Hədəfim odur ki, "Kəpəz" liqada qalsın. Kimisə büdrətmək haqda düşünmürəm. Hər rəqibə fərqli hazırlıqla gedirəm. Futbolçuları ən çox motivasiya etdiyim oyun bugünkü idi. Səkkiz dəqiqə matç haqda təlimat vermişəm. Digər görüşlərdə isə 20-25 dəqiqə. Çünki futbolçular nə etməli olduqlarını bilirdilər".
Əhmədov "Hansısa komanda Premyer Liqanı tərk etməlidir, yoxsa çempionatda klub sayı artmalıdır" sualını belə cavablandırıb: "İstəyərəm ki, cənub bölgəsindən komandamız olsun, Zaqatalaya böyük futbol qayıtsın, şimaldan da həmçinin. 16 komanda olsun, Premyer Liqada klub sayı artsın. Hər rayonumuzda həyata baxış fərqlidir. "Şəmkir" tarixində ilk dəfə ÇL-də mərhələ keçib. Amma bu gün yada salınmır. "Simurq", "Xəzər Lənkəran", "Bakı" yoxdur. Onları qaytarsaq, hərəsindən 1-2 futbolçu çıxarsaq, kənardan milliləşdirilmiş oyunçu gətirmərik. Hər halda qərarı AFFA İcraiyyə Komitəsi verir. Artırılsa, daha yaxşı olar".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- 93 yaşlı klub tarixində ilk dəfə Türkiyə Superliqasında
- AFFA Barış Şimşəklə vidalaşdı
- “Turan Tovuz"un təklifini qəbul etməməyimdə Ayxan Abbasovla dostluğumuz başlıca roy oynamadı”
- Mövsümün bəxtsizi - “Səbail”
- Gedəni saxlamazlar
- Aydın Bayramov: “Qarabağ”a 3 qol vurub, yekunda uduzmaq adama çox pis təsir edir”
- Mahmudov “Neftçi”dən getdi
- ETOPAZ: PULSUZ MƏRC GƏLDİ
-
16:54
15 İyun - Azərbaycan Xalqının Milli Qurtuluş Günü VİDEO
-
16:38
"Kəpəz" iki futbolçu ilə yolları ayırdı
-
15:11
Sahil Babayev Olimpiya Oyunlarına lisenziya qazanan boksçularla görüşdü
-
14:00
Avro-2024: Futbolxeber.az-la qazan!
-
13:46
Florian Virts rekorda imza atıb
-
12:22
Ceyhun Nuriyev: “Hər iki oyunda meydanda özünəinamlı Azərbaycan millisi var idi”
-
11:39
Fernandu Santuş daha bir neçə idman obyektləri ilə tanış olub
-
11:17
“Bakı”nın sabiq baş məşqçisi “Füzuli”də
-
10:00
Mərc həyəcanını doyunca yaşamaq üçün bundan əla fürsət ola bilməz!
-
09:44
“Qarabağ”ın baş məşqçisindən çempionluq şərhi: “Finala yaraşan oyun idi”
-
00:56
Avro-2024 darmadağınla başladı
-
23:15
Avro-2024-ün ilk qolu vuruldu
-
21:42
"Şamaxı"da yeni müqavilə
-
19:34
Maksim Medvedevin oğlu da çempion oldu: “Daim atamın dəstəyini hiss etmişəm”
-
19:19
“Qarabağ” finalda “Neftçi”ni məğlub etdi
-
19:06
Musa Qurbanlı “Qarabağ”a qayıtdı
-
18:50
"Araz Saatlı" - "Cəbrayıl" oyununun hakimləri açıqlandı
-
17:33
ETOPAZ-da AVRO 2024 üzrə Fantasy Liqasına qoşulmaq üçün SAATLAR QALDI!
-
17:18
Azərbaycan təmsilçisi multi-idman oyunlarında bürünc medal qazanıb
-
16:47
AFFA şikayətləri təmin etmədi
-
16:25
"Sabah"da ayrılıq
-
15:34
Avro-2024: Münhen - açılış oyununa doğru FOTOLENT
-
15:19
Ayxan Abbasovun köməkçiləri müəyyənləşdi
-
14:52
Azərbaycan samboçusundan bürünc medal
-
14:41
I Liqada ən çox azarkeş toplayan komanda hansıdır?
-
14:06
Çimərlik voleybolu üzrə Azərbaycan çempionatının tarixində dəyişiklik
-
13:28
“Real”ın kapitanı “Əl-İttihad”a keçir
-
13:17
Falkao Kolumbiyaya qayıdır
-
12:34
Azərbaycan millisi FIFA reytinqində irəliləyib
-
12:00
Avro-2024: Futbolxeber.az-la qazan!
-
11:45
Bakıda UEFA-nın dəstəyi ilə keçirilən məşqçi kurslarına yekun vurulub
-
10:53
“Nyukasl” yeni müdafiəçi ilə gücləndi
-
10:29
Hummelsdən ərəblərə "yox" cavabı
-
10:11
Fernandu Santuş idman obyektləri ilə tanış olub FOTOLENT
-
09:47
Azərbaycanın millisi Fransada turnirdə mübarizəyə başlayır
-
09:30
Avro-2024: Şotland azarkeş piyada 42 günə Qlazqodan Münhenə çatdı
-
18:45
Emin Əmrullayev Avropa Kubokuna vəsiqə qazanan basketbolçularla görüşüb
-
18:14
Azərbaycan güləşçiləri Polşada beynəlxalq turnirdə iştirak edəcəklər
-
17:53
Bakıda şahmat üzrə ölkə çempionatı keçirilib
-
17:38
Azərbaycanda basketbol hakimliyi kursları keçiriləcək
-
17:29
Albaniya ilə oyunda zədələnən millimizin üzvünün son durumu məlum oldu
-
17:16
Davit Volkov yenidən “Zirə”də
-
16:50
ETOPAZ-da Avro-2024 üzrə Fantasy Liqasına qoşulmaq üçün son 1 GÜN!
-
16:07
Rövşən Nəcəf Santuşla görüşüb FOTOLENT
-
15:42
İnklüziv minifutbol turniri keçirilib
-
14:31
Davit Volkov "Sabah"dan ayrıldı
-
14:15
Şahmatçımız dünya çempionatında bürünc medal qazanıb
-
13:54
"Sumqayıt" Manteka ilə vidalaşdı
-
13:20
Qurban Qurbanov millinin baş məşqçi seçiminə niyə qatılmayıb?
-
12:43
Fernandu Santuş: "İnanıram ki, tarixi nəticələrə imza atacağıq"