Ölkə futbolu
Rəşad Sadıqov: “İlk hissədə rəqibə başını qaldırmağa imkan vermirdik”
“Matça yaxşı start verdik. İlk yarını yaxşı səviyyədə keçirdik. Rəqibə başını qaldırmağa imkan vermirdik. Təhlükəli hücumlarımız da var idi. Lakin əəssüflər olsun ki, üstünlüyümüzü nəticədə əks etdirə bilmədik”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XXVII turunda “Sabah”a 0:2 hesabı ilə uduzduqları görüşü şərh edərkən deyib.
O, artıq neçənci dəfə autdan sonra qapılarında qol görmələrindən gileylənib: “Təəssüf ki, neçənci dəfədir autdan qapımızda qol görürük. Yenə də, ucuz qol buraxdıq. Rəqibin ilk təhlükəli hücumu qolla nəticələndi. Buna baxmayaraq, hesabda geri düşsək də, sona qədər mübarizə apardıq. Bəlkə də, nəticəni dəyişə bilərdik. Bir qol lazım idi. Ancaq həmin qolu vura bilmədik. Məğlub olsaq da, futbolçular sona qədər yaxşı mübarizə apardılar. Onların çıxışından çox narazı ola bilmərəm”.
“Zirə”nin çalışdırıcısı Rəhim Sadıqov və Rüstəm Əhmədzadənin matça laqeyd yanaşması fikri ilə razılaşmayıb: “Bəzi məsələlər sırf xarakterlə bağlıdır. Hər hansı futbolçumda laqeydlik hiss etsəm, dərhal tədbir görərəm. Rəhimdən və Rüstəmdən çox razıyam. Oyunlarda da, məşqlərdə də istəklidilər. Əllərindən gələni edirlər. Ola bilər ki, hansısa epizodda səhv etmələri yorğunçuluqla bağlı olur. Amma dediyiniz kimi olarsa, bunu etiraf edərdim”.
Sadıqov Amin Seydiyevə iki epizodda qırmızı vərəqə verilmə ehtimalı barədə danışmaq istəməyib: “Şərh vermək istəmirəm”.
Mütəxəssis matçın gec saatda start götürməsinin komandasına pis təsir etdiyini düşünmür: “Əksinə, inamik, sürətli oyun getdi. Bu saatlarda oynamaq daha yaxşıdır. Futbolçular belə vaxtda özünü daha gümrah hiss edirlər. Sanki beynəlxalq oyuna hazırlaşırdıq. Belə ab-hava var idi. Rəqib də beynəlxalq səviyyədə idi. Uşaqların əziyyətinə heyifsilənirəm. Yaxşı nəticə ola bilərdi. Rəqibin heyətindəki usta futbolçular matçın taleyini həll etdi”.
Sadıqov üçüncü hissədə az xal toplamaları barədə də danışıb: “Oyun planında çox şikayətim yoxdur. Futbolçuların intizamı, məşqlərə yanaşması, oyunlara köklənməsində problem yaşamırıq. Xal ehtiyatına gəldikdə, təbii ki, daha çox xal toplamalı idik. Çempionatı təhlil edirsən, xal və qələbə qazanmaq da müşkül məsələyə çevrilib. Keçən il biz 5-8-ci yerlərdəki komandalara qalib gəlmişdik, yalnız sonuncu turda “Şamaxı” ilə heç-heçə etmişdik. Keçən ilki oyunlarla builki arasında çox fərq var. Futbolçular da daha fərqli olublar. Burada 10 komanda olmasının da rolu var. Sonuncu pillənin liqanı tərk etməsinin təsiri də həmçinin. Asan oyun yoxdur. Təbii ki, bu, hədəflərimizi dəyişmir. Liqanı təhlil etdikdə, baxdıqda, çətin olduğunu görürsən. Dördüncü dövrə həlledici olacaq”.
R.Sadıqov qapı xəttində mümkün dəyişikliyə belə münasibət bildirib: “Bəlkə də Mehdi Cənnətov ikinci qolda topu çıxara bilərdi. Rotasiyalar bəzən səhvlərlə, bəzən psixoloji hazırlıqla, bəzən də rəqibə uyğun taktiki ilə bağlıdır. Anar Nəzirov ürəkli oyunçularımızdandır. Gəncədəki matçda ona şans verdik. Yaxşı da dayandı. “Sabah” standartlarda yaxşıdır. Xüsusi ev tapşırıqları olur. Bu detalları nəzərə alıb, bu gün start heyətində Mehdiyə üstünlük verdik. Hər iki qapıçı eyni səviyyədə çıxış edir. Müəyyən detallar var ki, qərarlara təsir edir”.
Sonda baş məşqçi yerli mütəxəssislərin bu il uğurlu fəaliyyətinə toxunub: “Qəbələ”də Elmar Baxşıyevin gördüyü işlər haqda ancaq xoş sözlər demək olar. Ümumiyyətlə, bu il gənc, yerli mütəxəssislər yaxşı işlər görür. Ayxan Abbasov “Turan Tovuz”da, Cavid Hüseynov “Şamaxı”da, Tərlan Əhmədov “Kəpəz”də”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- 93 yaşlı klub tarixində ilk dəfə Türkiyə Superliqasında
- AFFA Barış Şimşəklə vidalaşdı
- “Turan Tovuz"un təklifini qəbul etməməyimdə Ayxan Abbasovla dostluğumuz başlıca roy oynamadı”
- Mövsümün bəxtsizi - “Səbail”
- Gedəni saxlamazlar
- Aydın Bayramov: “Qarabağ”a 3 qol vurub, yekunda uduzmaq adama çox pis təsir edir”
- Mahmudov “Neftçi”dən getdi
- ETOPAZ: PULSUZ MƏRC GƏLDİ
-
16:54
15 İyun - Azərbaycan Xalqının Milli Qurtuluş Günü VİDEO
-
16:38
"Kəpəz" iki futbolçu ilə yolları ayırdı
-
15:11
Sahil Babayev Olimpiya Oyunlarına lisenziya qazanan boksçularla görüşdü
-
14:00
Avro-2024: Futbolxeber.az-la qazan!
-
13:46
Florian Virts rekorda imza atıb
-
12:22
Ceyhun Nuriyev: “Hər iki oyunda meydanda özünəinamlı Azərbaycan millisi var idi”
-
11:39
Fernandu Santuş daha bir neçə idman obyektləri ilə tanış olub
-
11:17
“Bakı”nın sabiq baş məşqçisi “Füzuli”də
-
10:00
Mərc həyəcanını doyunca yaşamaq üçün bundan əla fürsət ola bilməz!
-
09:44
“Qarabağ”ın baş məşqçisindən çempionluq şərhi: “Finala yaraşan oyun idi”
-
00:56
Avro-2024 darmadağınla başladı
-
23:15
Avro-2024-ün ilk qolu vuruldu
-
21:42
"Şamaxı"da yeni müqavilə
-
19:34
Maksim Medvedevin oğlu da çempion oldu: “Daim atamın dəstəyini hiss etmişəm”
-
19:19
“Qarabağ” finalda “Neftçi”ni məğlub etdi
-
19:06
Musa Qurbanlı “Qarabağ”a qayıtdı
-
18:50
"Araz Saatlı" - "Cəbrayıl" oyununun hakimləri açıqlandı
-
17:33
ETOPAZ-da AVRO 2024 üzrə Fantasy Liqasına qoşulmaq üçün SAATLAR QALDI!
-
17:18
Azərbaycan təmsilçisi multi-idman oyunlarında bürünc medal qazanıb
-
16:47
AFFA şikayətləri təmin etmədi
-
16:25
"Sabah"da ayrılıq
-
15:34
Avro-2024: Münhen - açılış oyununa doğru FOTOLENT
-
15:19
Ayxan Abbasovun köməkçiləri müəyyənləşdi
-
14:52
Azərbaycan samboçusundan bürünc medal
-
14:41
I Liqada ən çox azarkeş toplayan komanda hansıdır?
-
14:06
Çimərlik voleybolu üzrə Azərbaycan çempionatının tarixində dəyişiklik
-
13:28
“Real”ın kapitanı “Əl-İttihad”a keçir
-
13:17
Falkao Kolumbiyaya qayıdır
-
12:34
Azərbaycan millisi FIFA reytinqində irəliləyib
-
12:00
Avro-2024: Futbolxeber.az-la qazan!
-
11:45
Bakıda UEFA-nın dəstəyi ilə keçirilən məşqçi kurslarına yekun vurulub
-
10:53
“Nyukasl” yeni müdafiəçi ilə gücləndi
-
10:29
Hummelsdən ərəblərə "yox" cavabı
-
10:11
Fernandu Santuş idman obyektləri ilə tanış olub FOTOLENT
-
09:47
Azərbaycanın millisi Fransada turnirdə mübarizəyə başlayır
-
09:30
Avro-2024: Şotland azarkeş piyada 42 günə Qlazqodan Münhenə çatdı
-
18:45
Emin Əmrullayev Avropa Kubokuna vəsiqə qazanan basketbolçularla görüşüb
-
18:14
Azərbaycan güləşçiləri Polşada beynəlxalq turnirdə iştirak edəcəklər
-
17:53
Bakıda şahmat üzrə ölkə çempionatı keçirilib
-
17:38
Azərbaycanda basketbol hakimliyi kursları keçiriləcək
-
17:29
Albaniya ilə oyunda zədələnən millimizin üzvünün son durumu məlum oldu
-
17:16
Davit Volkov yenidən “Zirə”də
-
16:50
ETOPAZ-da Avro-2024 üzrə Fantasy Liqasına qoşulmaq üçün son 1 GÜN!
-
16:07
Rövşən Nəcəf Santuşla görüşüb FOTOLENT
-
15:42
İnklüziv minifutbol turniri keçirilib
-
14:31
Davit Volkov "Sabah"dan ayrıldı
-
14:15
Şahmatçımız dünya çempionatında bürünc medal qazanıb
-
13:54
"Sumqayıt" Manteka ilə vidalaşdı
-
13:20
Qurban Qurbanov millinin baş məşqçi seçiminə niyə qatılmayıb?
-
12:43
Fernandu Santuş: "İnanıram ki, tarixi nəticələrə imza atacağıq"