16 Iyun 2024, Bazar günü
Avro-2024: Futbolxeber.az-la qazan!
Avro-2024 darmadağınla başladı
Avro-2024-ün ilk qolu vuruldu
Musa Qurbanlı “Qarabağ”a qayıtdı

Ölkə futbolu

Kadi: “Komandamla fəxr edirəm"

"Komandamın oyunundan qürur duyuram. Avroliqada son oyuna qədər qrupdan çıxmaq üçün şansımızı saxlayırdıq. Sona qədər mübarizə apardıq. Belə oyunların taleyini detallar həll edir. Qol vəziyyətləri yaratsaq da, istifadə edə bilmədik. Bununla belə, komandamla fəxr edirəm".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Kadi Borges Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda evdə "Frayburq"la 1:1 hesabı ilə heç-heçə etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

O, son iki matçda qeyri-dəqiqlik nümayiş etdirməsinin səbəbi ilə bağlı verilən sualı belə cavablandırıb: "Bu suala necə cavab verəcəyimi bilmirəm. Bəlkə də texniki səbəblərə görə qol vurmaq alınmadı, bəlkə də bəxtsizlik oldu. Bunu sizə tam izah edə bilmərəm. Oyunda yanlış qərar vermək sonda rəqibin qol vurması ilə nəticələnir. Ona görə çıxış yolu öz üzərində çalışmaqdır".

Kadi daha sonra bildirib: "Çempionlar Liqasında qrupa düşəcəyimiz, həmçinin Avropa liqasında pley-offa çıxacağım halda "Barselona" bizə rəqib ola bilərdi. Amma reallıq Konfrans Liqasıdır. Orada da zəif rəqib yoxdur.  Görək, bəxtimizə hansı komanda düşəcək. Ona əsasən hazırlaşacağıq".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30