15 Iyun 2024, Şənbə
Avro-2024: Futbolxeber.az-la qazan!
Avro-2024 darmadağınla başladı
Avro-2024-ün ilk qolu vuruldu
Musa Qurbanlı “Qarabağ”a qayıtdı

Ölkə futbolu

Şeydayevdən 50-ci oyun, 25-ci qol

Azərbaycan Premyer Liqasının XI turu “Qarabağ”ın futbolçusu Ramil Şeydayev üçün əlamətdar olub.

Futbolxeber.az saytının məlumatına görə, “Turan Tovuz”la ev matçı hücumçunun Ağdam klubunun heyətində çıxdığı 50-ci çempionat oyunu kimi yadda qalıb.

Bu komandada 2017/18 mövsümündə debüt edən Ramil 15 oyun keçirib. “Qarabağ”a qayıtdıqdan sonra ötən çempionat daha 25 dəfə meydana çıxan forvard cari mövsüm komandasının 10 görüşündə forma geyinib. Şeydayev Ağdam klubunda Premyer Liqada keçirdiyi 50 matçda 18 qol vurub.

“Turan Tovuz” üzərindəki böyükhesablı qələbədə (3:0) bir topla pay sahibi olan hücumçu Ağdam klubunda ümumilikdə 25-ci dəfə fərqlənib. Ölkə kubokunda 4, avrokuboklarda 3 dəfə qol sevinci yaşayan Ramil çempionatda 18-ci dəfə rəqib qapısına yol taparaq “Qarabağ”dakı ümumi qol sayını 25-ə yüksəldib (pfl.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30