Ölkə futbolu
Mahir Emreli: "Kişi ol, xarakter göstər"
![](/foto/xeberler/1c294508-c7d2-3ffe-8f9d-d63a16ac9dba_850.jpeg)
"Bu, mənim ən pis tərəfimdir. Nə vaxt ağrı hiss edirəmsə, bu barədə düşünmürəm, oynamaq istəyirəm. Yaxşı olardı ki, belə məqamlarda yanımda mənə "Mahir, dayanmaq vaxtıdır, oynaya bilməzsən" deyən biri olsun. Daha doğrusu, belə düşünürəm: kişi ol, xarakter göstər, ağrı hiss etsən, nə olacaq ki!?"
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun futbolçusu Mahir Emreli "sportske.jutarnji.hr" nəşrinə müsahibəsində deyib.
25 yaşlı hücumçu bildirib ki, bəzən zədələnəndə buna fərqli reaksiya verir: "Hayduk"la oyununun Xorvatiyanın ən böyük derbisi olduğunu, bu oyunun hansı mənanı kəsb etdiyini bilirdim və oynamaq istəyirdim. Buna görə də zədələnməyim çox pis oldu. Həmin oyunda heç nə etmədim. Zədəli olduğumu heç kim bilmirdi. Bu barədə baş məşqçiyə deməmişdim və fanatların mənə baxanda nə düşündüklərini təsəvvür edirdim. Yəqin fikirləşirdilər ki, "Dinamo" məni niyə alıb. Bu, sadəcə mənim səhvim idi, bir daha təkrarlanmayacaq".
Forvardın sözlərinə görə, azarkeşlər onu alqışlayanda xoşbəxt olur, özümü əla hiss edir: "Hər zaman komandam, yoldaşlarım və fanatlarımız üçün əlimdən gələni edirəm. Son iki matçdakı kimi oynamağa davam etsəm, hər şey yaxşı olacaq. Azarkeşlərin dəstəyi və vurduğum qollar həqiqətən də gələcək üçün böyük motivasiyadır".
Emrelinin fikrincə, ən önəmlisi hər matçda var gücünü ortaya qoymaqdır: "Çünki bu, oyun vaxtı komandama kömək edir. Əlbəttə, qollar görüşün ən gözəl məqamıdır. Fərqlənmək əladır. Amma nəticə sonda bilinir. Ən vacibi 3 xaldır. Məsələn, "Riyeka" ilə görüşdə vurduğum qol önəmli idi. Bundan sonra kapitan Ariyan Ademi qələbə topunu vurdu və biz oyunu kökündən dəyişdik. Ən gözəli odur ki, sonda qalib gəldik, təslim olmadıq və sonadək mübarizə apardıq. Bu, böyük geri dönüş idi".
O, qol vurmağı sevdiyini söyləyib: "Məşqlərdə zərbələrin üzərində işləyirəm. Amma bunu yaxşılaşdırmaq üçün daha çox çalışmalıyam. "Riyeka"ya vurduğum qola görə xoşbəxtəm. Çünki zərbə nişan aldığım yerə getdi. Yəni, qol təsadüfən vurulmadı, istədiyimi etdim. Bunu hamı bacarmır. Əvvəlcədən fərqlənməyi proqnozlaşdırmaq çətin olur. Bəzən şanslar çox olsa da, top tora daxil olmaq istəmir. Amma ümid edirəm ki, "Hayduk"a qarşı bugünkü matçda qol vuracağıq. Keyfiyyətli, təcrübəli futbolçuları olan güclü rəqibə qarşı oynayırıq. Onu da bilirəm ki, stadionda atmosfer yenidən cəhənnəmi xatırladacaq. Səfərdə oynamağımıza baxmayaraq, azarkeşlərimiz bizimlə olacaq. Onların dəstəyini hiss edəcəyik. Biz "Dinamo"yuq və hər zaman meydana üç xal üçün çıxırıq. Kimə qarşı oynamağımızdan asılı olmayaraq, üstün olmaq və qalib gəlmək istəyirik. Bizi Splitdəki stadionun ab-havası maraqlandırmır, ancaq öz oyunumuzla maraqlanırıq. Düşünürəm ki, bu dəfə Zaqrebə üç xalla dönəcəyik. Amma Splitdəki qələbə ilə titulu təmin edəcəyimizi düşünmürəm. Bundan sonra bizi daha çətin matçlar gözləyir. Mübarizə sonadək gedəcək".
Sevgilisi olduğunu etiraf edən Emreli Zaqrebdə onunla birlikdə qaldığını bildirib: "Gələn həftə anam və bacım yanıma gələcək. Bacım mənimlə idi, amma qayıtmalı oldu, indi yenə gələcək. Düzü, çölə çox çıxmıram. Daha çox evdə oluram. Hər şey evimə yaxındır. Kofe içsəm, evdən çıxıram. Yeri gəlmişkən, Zaqrebi çox sevirəm. Bura mənə uyğun şəhərdir. Böyük şəhərləri sevmirəm. Zaqreb mənə Bakını xatırladır, o da böyük şəhər deyil. Bir yerdən digər yerə tez getməyi sevirəm. Zaqrebdə özümü əla hiss edirəm".
"Dinamo"dakı komanda yoldaşları ilə yaxşı münasibətlərinin olduğunu deyən hücumçu sevdiyi mövqeləri də açıqlayıb: "Hücumun cinahında və mərkəzində çıxış edirəm. Təbii ki, bu mövqelərdə fərqliliklər var. Cinahda olanda topla daha çox topla oynayıram. Mərkəzda isə vəziyyət bir az fərqli olur. Məsələn, müdafiəçi ilə təkbətək çıxmaq çətindir. Daha sürətli qərar qəbul etməli və dərhal reaksiya verməlisən. Hər iki mövqedə nə qədər çox çıxış etsəm, bir o qədər tez uyğunlaşacağam. Amma harada oynayacağıma baş məşqçi qərar verəcək" ("Report").
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- 93 yaşlı klub tarixində ilk dəfə Türkiyə Superliqasında
- AFFA Barış Şimşəklə vidalaşdı
- “Turan Tovuz"un təklifini qəbul etməməyimdə Ayxan Abbasovla dostluğumuz başlıca roy oynamadı”
- Gedəni saxlamazlar
- Mövsümün bəxtsizi - “Səbail”
- Aydın Bayramov: “Qarabağ”a 3 qol vurub, yekunda uduzmaq adama çox pis təsir edir”
- Mahmudov “Neftçi”dən getdi
- ETOPAZ: PULSUZ MƏRC GƏLDİ
-
16:54
15 İyun - Azərbaycan Xalqının Milli Qurtuluş Günü VİDEO
-
16:38
"Kəpəz" iki futbolçu ilə yolları ayırdı
-
15:11
Sahil Babayev Olimpiya Oyunlarına lisenziya qazanan boksçularla görüşdü
-
14:00
Avro-2024: Futbolxeber.az-la qazan!
-
13:46
Florian Virts rekorda imza atıb
-
12:22
Ceyhun Nuriyev: “Hər iki oyunda meydanda özünəinamlı Azərbaycan millisi var idi”
-
11:39
Fernandu Santuş daha bir neçə idman obyektləri ilə tanış olub
-
11:17
“Bakı”nın sabiq baş məşqçisi “Füzuli”də
-
10:00
Mərc həyəcanını doyunca yaşamaq üçün bundan əla fürsət ola bilməz!
-
09:44
“Qarabağ”ın baş məşqçisindən çempionluq şərhi: “Finala yaraşan oyun idi”
-
00:56
Avro-2024 darmadağınla başladı
-
23:15
Avro-2024-ün ilk qolu vuruldu
-
21:42
"Şamaxı"da yeni müqavilə
-
19:34
Maksim Medvedevin oğlu da çempion oldu: “Daim atamın dəstəyini hiss etmişəm”
-
19:19
“Qarabağ” finalda “Neftçi”ni məğlub etdi
-
19:06
Musa Qurbanlı “Qarabağ”a qayıtdı
-
18:50
"Araz Saatlı" - "Cəbrayıl" oyununun hakimləri açıqlandı
-
17:33
ETOPAZ-da AVRO 2024 üzrə Fantasy Liqasına qoşulmaq üçün SAATLAR QALDI!
-
17:18
Azərbaycan təmsilçisi multi-idman oyunlarında bürünc medal qazanıb
-
16:47
AFFA şikayətləri təmin etmədi
-
16:25
"Sabah"da ayrılıq
-
15:34
Avro-2024: Münhen - açılış oyununa doğru FOTOLENT
-
15:19
Ayxan Abbasovun köməkçiləri müəyyənləşdi
-
14:52
Azərbaycan samboçusundan bürünc medal
-
14:41
I Liqada ən çox azarkeş toplayan komanda hansıdır?
-
14:06
Çimərlik voleybolu üzrə Azərbaycan çempionatının tarixində dəyişiklik
-
13:28
“Real”ın kapitanı “Əl-İttihad”a keçir
-
13:17
Falkao Kolumbiyaya qayıdır
-
12:34
Azərbaycan millisi FIFA reytinqində irəliləyib
-
12:00
Avro-2024: Futbolxeber.az-la qazan!
-
11:45
Bakıda UEFA-nın dəstəyi ilə keçirilən məşqçi kurslarına yekun vurulub
-
10:53
“Nyukasl” yeni müdafiəçi ilə gücləndi
-
10:29
Hummelsdən ərəblərə "yox" cavabı
-
10:11
Fernandu Santuş idman obyektləri ilə tanış olub FOTOLENT
-
09:47
Azərbaycanın millisi Fransada turnirdə mübarizəyə başlayır
-
09:30
Avro-2024: Şotland azarkeş piyada 42 günə Qlazqodan Münhenə çatdı
-
18:45
Emin Əmrullayev Avropa Kubokuna vəsiqə qazanan basketbolçularla görüşüb
-
18:14
Azərbaycan güləşçiləri Polşada beynəlxalq turnirdə iştirak edəcəklər
-
17:53
Bakıda şahmat üzrə ölkə çempionatı keçirilib
-
17:38
Azərbaycanda basketbol hakimliyi kursları keçiriləcək
-
17:29
Albaniya ilə oyunda zədələnən millimizin üzvünün son durumu məlum oldu
-
17:16
Davit Volkov yenidən “Zirə”də
-
16:50
ETOPAZ-da Avro-2024 üzrə Fantasy Liqasına qoşulmaq üçün son 1 GÜN!
-
16:07
Rövşən Nəcəf Santuşla görüşüb FOTOLENT
-
15:42
İnklüziv minifutbol turniri keçirilib
-
14:31
Davit Volkov "Sabah"dan ayrıldı
-
14:15
Şahmatçımız dünya çempionatında bürünc medal qazanıb
-
13:54
"Sumqayıt" Manteka ilə vidalaşdı
-
13:20
Qurban Qurbanov millinin baş məşqçi seçiminə niyə qatılmayıb?
-
12:43
Fernandu Santuş: "İnanıram ki, tarixi nəticələrə imza atacağıq"