16 Iyun 2024, Bazar günü
Avro-2024: Futbolxeber.az-la qazan!
Avro-2024 darmadağınla başladı
Avro-2024-ün ilk qolu vuruldu
Musa Qurbanlı “Qarabağ”a qayıtdı

Ölkə futbolu

"Qarabağ"ın rəqibləri müəyyənləşdi

Bu gün Konfrans Liqasında qrup mərhələsinin püşkü atılıb.

Futbolxeber.az saytının məlumatına görə, Bakı vaxtı ilə saat 15:30-da start götürən tədbirdə turnirdəki yeganə təmsilçimiz "Qarabağ"ın da rəqibləri müəyyənləşib. 

Püşkün nəticəsinə əsasən, Ağdamklubu H qrupunda yer alıb.

H qrupu

"Bazel" (İsveçrə)
 
"QARABAĞ" (AZƏRBAYCAN)
 
"Kayrat" (Qazaxıstan)
 
"Omoniya" (Kipr)
 
Qeyd edək ki, Konfrans Liqasında ilk turun oyunları sentyabrın 16-da keçiriləcək.
 
"Qarabağ"ın püşkatma mərasimində klubun idarə heyətinin üzvü Fevzihan Aras təmsil edib.
 

Komandalar püşkdən əvvəl səbətlərə bölünüb. Ağdam klubu 2-ci səbətdə yer alıb.

1-ci səbət: "Roma" (İtaliya), "Tottenhem" (İngiltərə), "Bazel" (İsveçrə), "Slaviya" (Praqa, Çexiya), "Kopenhagen" (Danimarka), "Gent" (Belçika), "AZ Alkmar" (Niderland), LASK (Avstriya)

2-ci səbət: "Feyenoord" (Niderland), "QARABAĞ" (AZƏRBAYCAN), "Makkabi" (Təl-Əviv, İsrail), PAOK (Yunanıstan), "Renn" (Fransa), "Partizan" (Serbiya), CFR (Rumıniya), "Zarya" (Ukrayna)

3-cü səbət: "Union Berlin" (Almaniya), ÇSKA (Sofiya, Bolqarıstan), "Vitess" (Niderland), "Slovan" (Bratislava, Slovakiya), “Yablonets” (Çexiya), "Alaşkert" (Ermənistan), "Flora" (Estoniya), "Kayrat" (Qazaxıstan)

4-cü səbət: "Linkoln" (Cəbəllütariq), "Randers (Danimarka), "Anortosis", "Omoniya" (hər ikisi Kipr), HİK (Finlandiya), "Makkabi" (Hayfa, İsrail), "Budyo Qlimt" (Norveç), "Mura" (Slovakiya)

Qeyd edək ki, Konfrans Liqasında ilk turun oyunları sentyabrın 16-da keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30