16 Iyun 2024, Bazar günü
Avro-2024: Futbolxeber.az-la qazan!
Avro-2024 darmadağınla başladı
Avro-2024-ün ilk qolu vuruldu
Musa Qurbanlı “Qarabağ”a qayıtdı

Ölkə futbolu

"Neftçi"yə pula görə gəlməmişəm"

“Yeni çağırış axtarırdım və Bakını seçdim. Mənə oynamaq lazım idi. Biz çempion olmağa çalışırıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin yeni transferi Keysuke Honda “La Gazetta dello Sport”a müsahibəsində deyib.

“Neftçi”yə keçidi haqda danışan Yaponiya millisinin keçmiş üzvü paytaxt təmsilçisinə pul və ya karyera üçün gəlmədiyini bildirib: “Mənə özümü göstərmək üçün həmişə yeni stimullar lazımdır. Bu, karyera məsələsi deyil. Karyera barədə gənc ikən düşünürdüm. Pul məsələsi də deyil. Mən yalnız öz ehtirasım, futbol arxasınca düşmüşəm.

Çoxları "Keysuke qurtarıb" deyir. Mən yalnız problemlər barədə düşünür və sevdiyim işi görürəm. Bu gün Bakıdayam, sabah isə kim bilir harada”.

Xatırladaq ki, 36 yaşlı yarımmüdafiəçi "Neftçi" ilə mövümün sonuna qədər müqavilə imzalayıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30