15 Iyun 2024, Şənbə
Avro-2024: Futbolxeber.az-la qazan!
Avro-2024 darmadağınla başladı
Avro-2024-ün ilk qolu vuruldu
Musa Qurbanlı “Qarabağ”a qayıtdı

Ölkə futbolu

“Azərbaycan çempionatı üçün 10 klub idealdır”

"AFFA-nın ümumi strategiyası var. Hər zaman məqsədimiz Premyer Liqada minimum 10 komandanın iştirak etməsidir".

Futbolxeber.az saytının məlumatına görə, bunu milli assosiasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

O bildirib ki, komanda sayı cari mövsümdə 10-a çatdırmalı idi. Lakin pandemiya və sponsorlarla bağlı problem yarandığı üçün məsələnin həlli uzanıb: "Bu məsələ martda yenidən müzakirə olunacaq".

E.Məmmədovun sözlərinə görə, bölgə komandalarının azlığı futbol ictimaiyyətində tez-tez müzakirə olunur. AFFA rəsmisi yerli icra hakimiyyətlərindən dəstək gözlədiklərini söyləyib: "Demirəm ki, AFFA olaraq hər şeyi mükəmməl edirik. Amma hər bir addımın öz səbəbi olur. Biz ona görə bölgə klublarını maliyyələşdiririk ki, hansısa iş adamı futbola gəlsə, ona hazır məhsul təqdim edək. Bölgələrdə peşəkar futbolun yaşaması bizim üçün vacibdir. Bəlkə sabah hansısa İcra Hakimiyyəti bu işi öz üzərinə götürəcək. Ümid edirik ki, gələcəkdə iş adamları bu işdə öz dəstəyini göstərəcək. Biz onlardan bu addımı gözləyirik. Bölgələrdəki böyük müəssisələri ilə əlaqə saxlayır, onları klubla bağlı məlumatlandırırıq".

İcraçı vitse-prezident Premyer Liqada klub sayının 12-yə çatdırılmasını riskli hesab edib: "Bəzən mətbuatda yazırlar ki, AFFA filan klubları Premyer Liqaya buraxmır. Bu, belə deyil. İstəyirik ki, keyfiyyət balansı pozulmasın. Azərbaycan çempionatı üçün 10 klub idealdır, 12 klub isə riskdir. Klubun ənənəsi olmalıdır"  ("Report")..

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30