15 Iyun 2024, Şənbə
Avro-2024: Futbolxeber.az-la qazan!
Avro-2024 darmadağınla başladı
Avro-2024-ün ilk qolu vuruldu
Musa Qurbanlı “Qarabağ”a qayıtdı

Ölkə futbolu

Yunis Hüseynov: “Penaltimiz verilmədi, top rəqibin əlinə dəymişdi”

"Bugünkü matçda qələbə qazanmaq istəyirdik, amma alınmadı. Rəqibi təbrik edirəm. Hesabda irəli çıxdıq, amma sanki qol vurandan sonra futbolçularda nəsə çatmırdı və arxaya oturdular. İlk 3 matçda qol buraxmamışdıq, müdafiə xətti bu gün zəif çıxış etdi. Heç nədən qapımızda qollar gördük. Qarşıda oyunlarımız var. Bu o demək deyil ki, hər şey qurtardı. Çalışıb hər şeyi düzəltməli və işləməliyik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Keşlə"nin baş məşqçisi Yunis Hüseynov Premyer Liqanın 4-cü turunda evdə "Zirə"yə 2:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

O bildirib ki, hər oyundan əvvəl rəqibi analiz edirlər: "Rəqib cinahdan qollar qol vurdu. Bunu kim fikirləşə bilərdi. Futbolda hər şey olur. Müdafiəçilər zəif oynadı ki, onlar da başla qollar vurdu. Zəif oynadıq ki, məğlub olduq. Tərcübəli futbolçumuz isə penaltiyə səbəb oldu".

Baş məşqçi futbolçuların hər oyuna final kimi baxdığını sözlərinə söyləyib: "Heç vaxt narazı olmamışam. Həddindən artıq aqressiya olanda futbolçu yana bilərlər. Bəlkə də çox istəkli olduqları üçün zəif çıxış etdilər. Bu gün ümumiyyətlə oyundan razı qalmadım. Oyunun gedişatı məni qane etmədi".

Y.Hüseynov hakimlərin iki epizodda səhv qərar verdiyini vurğulayıb: "Düşünürəm ki, penaltimiz verilmədi, top rəqibin əlinə dəymişdi. Yan xətt hakimi rəqibin əks hücumu zamanı zədələnən oyunçunu meydana buraxdı. Hakimlik normal idi, hamıda səhvlər olur. Bizim komanda əks hücumda yaxalandı, yan xətt hakimi futbolçunu cinahdan oyuna atdı. Mənə elə gəlir ki, belə şeylər olmamalıdır. Komanda olaraq qarşıdakı matçlarda dəyişiklik etməyə çalışmalıyıq".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30