16 Iyun 2024, Bazar günü
Avro-2024: Futbolxeber.az-la qazan!
Avro-2024 darmadağınla başladı
Avro-2024-ün ilk qolu vuruldu
Musa Qurbanlı “Qarabağ”a qayıtdı

Ölkə futbolu

UEFA millimizin sentyabrdakı oyunlarının azarkeşsiz keçiriləcəyini açıqladı

Bu gün UEFA və ona üzv olan 55 milli assosiasiyanın baş katibləri arasında videokonfrans formatında iclas keçirilib.

Futbolxeber.az saytının məlumatına görə,  iclasın gündəliyində duran əsas məsələ azarkeşlərin avrokubok matçlarına tədricən qayıdışının müzakirəsi olub.

Yığıncaq iştirakçıları fanatların stadiona girişinə icazə verməzdən əvvəl matçda iştirak edənlərin hamısının sağlamlığını təmin etmək üçün ciddi gigiyena tədbirlərinin görülməsinin vacibliyini vurğulayıblar.

UEFA azarkeşlərin sentyabrın əvvəlində keçiriləcək Millətlər Liqası matçlarında iştirak etməsinə icazə verməyin hələ tez olduğunu və bunun üçün əvvəlcə test oyunlarının keçirilməsinin vacibliyini qeyd edib.

Qitə futbol qurumu bunun sentyabrın 24-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək UEFA Superkuboku uğrunda oyuna az sayda tamaşaçı buraxmaqla sınaqdan keçirilməsini təklif edib.

Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk oyununu sentyabrın 5-də Bakda Lüksemburqa, ikinci görüşünü isə 3 gün sonra səfərdə Kiprə qarşı keçirəcək ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30