16 Iyun 2024, Bazar günü
Avro-2024: Futbolxeber.az-la qazan!
Avro-2024 darmadağınla başladı
Avro-2024-ün ilk qolu vuruldu
Musa Qurbanlı “Qarabağ”a qayıtdı

Ölkə futbolu

"Agentim həm "Ştutqart", həm də "Qarabağ"la danışıqlar aparacaq"

"Meydana çıxdığım üçün özümü xoşbəxt hiss edirəm. Belə yoxlama görüşləri çempionatın bərpasından əvvəl çox önəmlidir".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Ailton Silva “Sabah”la yoxlama  oyunundan (5:0) sonra "CBC Sport"a açıqlamasında deyib.

Braziliyalı müdafiəçi karantin dönəmində evinin qarajında məşq etdiyini söyləyib: “Həm də fərdi məşqçi ilə müqavilə imzalamışdım. Onun proqramına əsasən, məşqlər edirdim. Komanda olaraq məşqçilər və həkimlərimizin təlimatlarını maksimum yerinə yetirməyə çalışdıq".

Ağdam klubunda icarə əsasında çıxış edən və müqavilə ilə Almaniyanın "Ştutqart" klubuna məxsus olan futbolçu “Qarabağ”dakı taliyinin hələ müəyyənləşmədiyini deyib: "İyunun 30-da müqaviləm başa çatır. Həmin vaxta qədər agentim həm "Ştutqart", həm də "Qarabağ"la danışıqlar aparacaq".

Qeyd edək ki, “Qarabağ” Ailton Silvanı ötən yay 1 illik icarəyə götürülüb. Onun "Ştutqart"la sözləşməsi 2021-ci ilin yayınadəkdir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30