15 Iyun 2024, Şənbə
Avro-2024: Futbolxeber.az-la qazan!
Avro-2024 darmadağınla başladı
Avro-2024-ün ilk qolu vuruldu
Musa Qurbanlı “Qarabağ”a qayıtdı

Ölkə futbolu

“Kayserispor”un üzvü: “Azərbaycan millisindən təklif alsam da, “hə” deyə bilmədim”

Türkiyənin “Kayserispor” klubunun futbolçusu Hasan Hüseyin Acar Azərbaycan millisindən təklif aldığı haqda açıqlama verib.

Futbolxebe.az saytının məlumatına görə, Türkiyə mətbuatına danışan Acar deyib: “Mövsümün əvvəlində Azərbaycan milli komandasından təklif aldım, ancaq Türkiyə yığmasında oynamaq istəyirəm və bu təklifi rədd etdim. Azərbaycan millisində oynaya bilərdim, ancaq vicdanım rahat olmazdı. Azərbaycan millisindən təklif aldım, ancaq “hə” deyə bilmədim. Çox istədilər, ancaq mən bunu qəbul edə bilmədim”.

Qeyd edək ki, “Kayserispor”la 2021-ci ilin yayına qədər müqaviləsi olan Acar, yarımmüdafiənin mərkəzində çıxış edir. Super Liqa klubunu hazırda Azərbaycan milli komandasının keçmiş baş məşqçisi Robert Prosineçki çalışdırır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30