16 Iyun 2024, Bazar günü
Avro-2024: Futbolxeber.az-la qazan!
Avro-2024 darmadağınla başladı
Avro-2024-ün ilk qolu vuruldu
Musa Qurbanlı “Qarabağ”a qayıtdı

Ölkə futbolu

Qriqorçuk: “Qarabağ” Ukraynada medallar uğrunda oynaya bilər”

“Qəbələ”nin və “Astana”nın sabiq baş məşqçisi Roman Qriqorçuk gazeta.ua saytına verdiyi müsahibədə Azərbaycan və Qazaxıstan futbolu barədə fikirlərini bildirib.

Futbolxeber.az saytının məlumatına görə, o, hər iki ölkədə futbolun inkişafı və populyarlaşdırılması istiqamətində çox iş görüldüyünü söyləyib: “Amma demək olmaz ki, Azərbaycanda futbol birnömrəli idman növüdür. Ölkədə fərdi növlər, əlbəyəxa idmanlar yaxşı inkişaf edib. Yerli idmançılar beynəlxalq arenada yetərincə uğurlu nəticə göstərib”.

“Azərbaycan və Qazaxıstanda çempionatın səviyyəsi necədir” sualını ukraynalı mütəxəssis belə cavablandırıb: “Səviyyəlidir. Əgər “Kayrat”, “Astana”, “Qarabağ”ı götürsək, onların şəraiti idealdır. Onlar Ukraynada medallar uğrunda oynaya bilərlər. Demək olmaz ki, zəif komanda var. Hamısı yaxşı təmin olunub. Komandanı komplekləşdirmək üçün bütün şəraitə malikdirlər. Əgər indiki Ukrayna çempionatı ilə müqayisə etsək, ciddi fərq yoxdur. Yalnız “Şaxtyor” və “Dinamo”nu ayıra bilərəm”.

Qriqorçuk Qazaxıstan və Azərbaycanda oyun üslubunun bənzərliyindən də söz açıb: “İndi insanlar futbol haqda çox bilirlər. Primitiv futbol oynayan komanda azdır. Hər bir klub inkişaf etmək istəyir və qarşısına iddialı hədəflər qoyur. Ona görə də futbolun harda zəif olduğundan danışmaz olmaz. Hazırda hər bir komandanın özünün siması, imzası var”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30