16 Iyun 2024, Bazar günü
"Cəbrayıl" I Liqaya yüksəldi
Junior Martins rəsmən "Zirə"də
Avro-2024: Futbolxeber.az-la qazan!
Avro-2024 darmadağınla başladı

Ölkə futbolu

Riad Rəfiyev: "Hadisələr futbolçuların psixologiyasına pis təsir edir"

"Bu, dövlətimizin və hökumətimizin qərarıdır, hörmətlə və anlayışla yanaşırıq".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Report"a açıqlamasında Klublar Komitəsinin sədri Riad Rəfiyev Azərbaycanda karantin müddətinin mayın 31-dək uzadılmasına münasibət bildirərkən deyib.

"Sumqayıt"ın prezidenti çempionatın baş tutması ilə bağlı hazırda bir söz deyə bilməyəcəyini vurğulayıb.

Rəfiyev bu barədə nəsə deməyin düzgün olmadığını sözlərinə əlavə edib.

Klub prezidenti futbolçuların dünənə qədər məşqə kökləndikləri halda bu qərarı necə qarşılayacaqlarına da münasibət bildirib: "Bu hadisələr onların psixologiyasına pis təsir edir. Çempionata başlayanda oyunçulara forma yığmaq üçün vaxt lazımdır. Nəzərə alaq ki, mayın 31-də artıq 2 aydan çox müddət olacaq ki, futbolçular məşqsiz qalacaq".

Qeyd edək ki, Peşəkar Futbol Liqası mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb.

Eyni zamanda bütün milli federasiyalar ölkədəki vəziyyət əlverişli olmadığı halda ən geci 25 may tarixinədək mövcud və optimal təhlükəni nəzərə alaraq yarışların gələcək taleyi barədə EPFL (Avropa Peşəkar Futbol Liqaları) və UEFA-ya məlumat verməlidirlər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30