16 Iyun 2024, Bazar günü
Avro-2024: Futbolxeber.az-la qazan!
Avro-2024 darmadağınla başladı
Avro-2024-ün ilk qolu vuruldu
Musa Qurbanlı “Qarabağ”a qayıtdı

Ölkə futbolu

"Qarabağ"la müqavilə imzalamağım üçün prezidentə zəng edildi"

"Neftçi"nin futbolçusu Donald Gerye "Haiti-Tempo" nəşrinə açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi Haiti pasportuna sahib olduğu üçün bəzi çətinliklər çəkdiyini söyləyib. Bu, onun "Qarabağ"a transfer olduğu vaxt da baş verdiyini bildirib:

"Visla" ilə "Volfsburq"a qarşı yoldaşlıq görüşündə qol vurdum və yaxşı oyun keçirdim. Sonra Almaniya təmsilçisinin nümayəndələri klubumla əlaqə saxladılar. Ancaq Haiti pasportuna sahib olmağım məni çıxılmaz vəziyyətdə qoydu. Azərbaycanda ilk dəfə müqavilə imzalamaq istədiyim vaxt da eyni çətinliyi yaşadım. Pasport məsələsi işimi asanlaşdırmadı. Buna görə ölkəmizin prezidentinə zəng etdilər ki, məsələnin həllində yardımçı olsun".

Haiti millisinin üzvü ölkəsinin rəhbərliyinə pasportla bağlı müraciət də edib: "Milliyə çağırılan futbolçuların xaricdə oynamasını asanlaşdırmaq üçün diplomatik pasporta sahib olmalarına icazə verməyə çağırıram".

Qeyd edək ki, D.Gerrye 2017-2019-cu illərdə "Qarabağ"da oynayıb. O, bu mövsümün əvvəlindən "Neftçi"də çıxış edir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30