15 Iyun 2024, Şənbə
Avro-2024: Futbolxeber.az-la qazan!
Avro-2024 darmadağınla başladı
Avro-2024-ün ilk qolu vuruldu
Musa Qurbanlı “Qarabağ”a qayıtdı

Ölkə futbolu

"Zirə"nin legioneri: "Evdə dörd divar arasında qalmışam"

"Bütün günü evdə oyun oynayır, filmlərə baxır, musiqiyə qulaq asıram və sosial mediada dostlarımla və ailəmlə danışıram. Müasir texnologiyanın sayəsində onlarla görüntülü əlaqə saxlaya bilirəm. Bu isə ailəmi mənim təhlükədə olmadığıma ümidləndirir".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Zirə"nin futbolçusu Mfo Kqasvane "Voice Sport"a  Azərbaycanda koronavirusla bağlı karantin vəziyyətində etdiklərindən danışarkən deyib.

Afrikalı yarımmüdafiəçi Azərbaycan dilini bilmədiyindən aidiyyatı qurumlara SMS göndərmək üçün tərcüməçidən istifadə etdiyini vurğulayıb: "Hələ də Azərbaycan dilini öyrənirəm, amma bu, elə də asan deyil. Mənim işim futboldur. Oyunlar olmayanda sanki canımdan can çıxır. Ötən ayın ortalarında ölkədə futbol dayandı. İndi hərəkət məhdudiyyəti, 28 günlük karantin elan olunub. Küçəyə çıxa bilmirəm. Şəhərdə polislərlə qarşılaşsam, məni cəzalandıracaqlarını təsəvvür edirəm. Bunun nə qədər davam edəcəyi bilmirik. Amma qorxunc vəziyyətdir"

O, yaşadığı binanın altındakı marketdən alış-veriş etdiyini bildirib: "Evdə dörd divar arasında qalmışam. Təkcə alış-verişə gedəndən evdən çıxıramXoşbəxtlikdən binamızın altında market var. Ərzaq lazım olanda qoruyucu paltarımı geyinib, alış-verişə gedirəm".

25 yaşlı oyunçu deyib ki, Azərbaycanda karantin elan olunmazdən əvvəl vətəninə qayıtmaq istəyib. Amma sonra bunun təhlükəli olacağını başa düşüb: "Birbaşa reys olmadığı üçün risk edə bilmədim. Botsvanaya qayıtmaq üçün yüksək riskli ölkələrdən birinə uçmalıydım. Özümü təhüləkəyə ata bilməzdim. Bunun əvəzinə mənzilimdə izolyasiya etməyə və burada təhlükəsiz qalmağa qərar verdim".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30