15 Iyun 2024, Şənbə
Avro-2024: Futbolxeber.az-la qazan!
Avro-2024 darmadağınla başladı
Avro-2024-ün ilk qolu vuruldu
Musa Qurbanlı “Qarabağ”a qayıtdı

Ölkə futbolu

“Bacaracağımıza şübhə də etmirdim”

“Çox istəkli idik. Qol buraxdıqdan sonra da uşaqlara ruhdan düşməməyi, heç nəyin bitmədiyini, sona qədər oynamağın vacib olduğunu bildirdim”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Milan Obradoviç deyib.

Seçmə mərhələ çərçivəsində Slovakiyanı 2:1 hesabı ilə məğlub edən U-21 yığmamızın çalışdırıcı qələbəni belə şərh edib:

“Uşaqlar da özlərinə inanırdılar. Nəticədə qələbə topunu vurduq. Bunu bacaracağımıza heç şübhə də etmirdim. Birinci hissədə daha yaxşı oynadıq. İkinci hissədə rəqibin daha çox təzyiq edəcəyini gözləyirdik.

Fərid Nəbiyevin əvəzlənməsi zədə ilə deyil, taktiki dəyişikliklə bağlı idi. Onun hazırda yaxşı formada olduğunu qeyd edə bilərəm. Unutmayaq ki, bizim 4 gündən sonra daha bir rəsmi görüşümüz var. Əlbəttə, Gürcüstanla oyuna qədər optimal formada olacağımıza inanıram. Adətən bu cür oyundan və qələbədən sonra növbəti qarşılaşmaya daha tez bərpa olursan. Gürcüstan haqda tam məlumata sahibəm. Onların son 8 oyununu izləmişəm”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30