16 Iyun 2024, Bazar günü
Avro-2024: Futbolxeber.az-la qazan!
Avro-2024 darmadağınla başladı
Avro-2024-ün ilk qolu vuruldu
Musa Qurbanlı “Qarabağ”a qayıtdı

Ölkə futbolu

“Neftçi" - “Bney Yahuda": biletlərin yarısı satılıb

 “Neftçi"nin UEFA Avropa Liqasının III təsnifat mərhələsində İsrail “Bney Yahuda"sı ilə Bakıda keçirəcəyi ilk oyunu üçün satılan biletlərin sayı bəlli olub.

Paytaxt təmsilçisinin media, Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyevin "Report"a verdiyi məlumata görə, 2 gün ərzində qarşılaşma üçün 6 mindən çox bilet satılıb. Klub rəsmisi bu gün qalan digər biletlərin satışda olacağı və böyük ehtimalla sabaha kimi tükənəcəyini diqqətə çatdırıb.

Azarkeşlər qiyməti 2 (1A, 2A, 4A, 5A, 1B, 2B), 5 (3A, 3B), 20 (VİP) və 100 (SKYBOX) manat təşkil edən biletləri “Bakcell Arena” stadionunun kassalarından əldə edə bilərlər. Biletlər həmçinin “Rahat market”in “Baku MALL” (Qələbə dairəsi), Azadlıq prospekti 116 (47 saylı məktəblə üzbəüz), “Mega City” ticarət mərkəzi (Xırdalan şəhəri), “Şahənşah” şadlıq sarayının 1-ci mərtəbəsi (“Azadlıq” metrostansiyasının yanı), “Metropark” mağazalarında və “Mega Store”da (Bakıxanov qəsəbəsi) satışdadır.

Kasslar saat 10:00-dan 21:00-dək işləyəcək. Oyun günü biletləri yalnız “Bakcell Arena”nın kassalarından əldə etmək mümkün olacaq. Stadion 11 min azarkeş qəbul edə bilir.

Qeyd edək ki, avqustun 8-i “Bakcell Arena”da keçiriləcək “Neftçi” - “Bney Yehuda” oyunu saat 21:00-da başlayacaq. Cavab matçı bir həftə sonra İsraildə olacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30