15 Iyun 2024, Şənbə
Avro-2024: Futbolxeber.az-la qazan!
Avro-2024 darmadağınla başladı
Avro-2024-ün ilk qolu vuruldu
Musa Qurbanlı “Qarabağ”a qayıtdı

Ölkə futbolu

"Qəbələ"nin "Sabah"la 5-ci dueli

Bu həftə Topaz Premyer Liqasında XVI turun oyunları keçiriləcək.
 
Futbolxeber.az saytının klubun rəsmi saytına istinadən verdiyi məlumata görə,  “Qəbələ” mövsümün ikinci yarısında ilk səfər matçına çıxacaq. “Qırmızı-qaralar” Premyer Liqanın debütantı “Sabah”la üz-üzə gələcək.
 
Bu, rəqiblərin 5-ci oyunu olacaq. Əvvəlki 4 görüşün hamısı cari mövsümə təsadüf edib. Komandalar iki dəfə Premyer Liqa, iki dəfə Azərbaycan kubokunun 1/4 finalında üz-üzə gəliblər.
 
İlk matç debütantın minimal hesablı qələbəsi ilə başa çatsa da, sonrakı 3 görüşdə Sənan Qurbanovun yetirmələri qalib gəlib. 4 matçda hələlik heç-heçə qeydə alınmayıb. Məhsuldarlığın aşağı olduğu oyunlarda “Qəbələ” dörd qol vurub, ikisini buraxıb. “Sabah”la qarşılaşmaların bombardiri Ceyms Adeniyidir. O, rəqib qapısına 2 dəfə yol tapıb.
 
“Sabah”ın meydanındakı qarşılaşmalarda isə eyni hesab qeydə alınır. Hər iki görüşün taleyini 1 top həll edib. Çempionatda meydan sahibləri, kubokda “Qəbələ” qalib gəlib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30