15 Iyun 2024, Şənbə
Avro-2024: Futbolxeber.az-la qazan!
Avro-2024 darmadağınla başladı
Avro-2024-ün ilk qolu vuruldu
Musa Qurbanlı “Qarabağ”a qayıtdı

Ölkə futbolu

"Azərbaycan bizimlə oyunda yaxşı komanda olduğunu göstərdi"

"Millətlər Liqasının ilk iki turunda bizimlə olan oyunçuların əksəriyyətinə dəvət göndərmişik".
 
Futbolxeber.az saytının məlumatına görə, bunu Maltanın baş məşqçisi Rey Farrruciya Millətlər Liqasında Kosovo və Azərbaycana qarşı keçirəcəkləri matçlarla bağlı danışarkən deyib.
 
O bildirib ki, daxili yarışlarda maltalı futbolçuların çıxışlarını izləyirlər və heyət seçimini oyunçuların performanslarının təhlilinə əsasən müəyyənləşdirilir: "Jozef Zerafa Kosovo ilə matçda iştirak etməyəcək. Ancaq Azərbaycana qarşı görüşdə oynaya biləcək, buna görə də 24 oyunçu çağırmışıq. Sarı vərəqə limitində olan futbolçularımız da var. Azərbaycanla oyun üçün bütün mümkün ssenariləri nəzərə almalıyıq".
 
Malta millisi oktyabrın 11-də evdə Kosovo, 14-də isə səfərdə Azərbaycanla qarşılaşacaq. Farruciya qrupda rəqibləri də dəyərləndirib. O, hər iki matçın onlar üçün çətin olacağını söyləyib: “Çünki qrupun favoritləri ilə oynayacağıq. Kosovanı qrupda ən güclü komanda hesab edirəm. Onlarla oynamaq bizim üçün böyük sınaq olacaq. Azərbaycan ötən ay bizimlə matçda çox rəqabətli bir komanda olduğunu göstərdi. Amma rəqibə qarşı istədiyimiz kimi çıxış etsək, yaxşı nəticələr əldə edə bilərik".
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30