10 Noyabr 2024, Bazar günü
"Qarabağ"ın 2 futbolçusu 100-ə çatdı
Bayılda və Masazırda heç-heçə
Berdiyev: "Bu gün 2 xal itirdik"
"Neftçi" qələbəni əldən verdi

Ölkə futbolu

AFFA və “Procter&Gamble” arasında müqavilə imzalandı

AFFA və "Procter&Gamble” şirkəti arasında tərəfdaşlığa dair müqavilə imzalanıb.
 
Futbolxeber.az saytının məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilmiş tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov, Procter & Gamble şirkətinin Azərbaycan və Gürcüstan üzrə baş direktoru Değer Kurtaslanoğlu, milli komandamızın baş məşqçisi Qurban Qurbanov, futbolçular - Ruslan Qurbanov və Mahir Mədətov iştirak ediblər. 
 
Elxan Məmmədov deyib ki, gündəlik həyatda hiss olunan bu şirkət artıq futbolda da aktiv olacaq. Səhər açılandan P&G-nin məhullarının həyatımızın ayrılmaz bir hissəsinə çevrildiyini deyən baş katib əməkdaşlığa görə şirkətə təşəkkür edib: “Futbolun inkişafı təkcə bu idmanın növündə yüksək mükafatlar qazanmaq baxımından deyil, həm də müxtəlif yaş qrupuna daxil olan insanların, xüsusilə də, uşaq, yeniyetmə və gənclərin sağlam həyat tərzinə yönləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Sevindirici haldır ki, futbolun kütləviliyinin artırılması, təbliğatının gücləndirilməsi üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Procter and Gamble şirkəti ilə belə bir əhəmiyyətli əməkdaşlığın başlanmasına nail olub. Məhsulları ölkəmizdə də xeyli populyar olan Procter and Gamble şirkətinin Azərbaycan futbolunu dəstəkləməsini yüksək qiymətləndiririk”.

Qeyd edilib ki, Müqavilə Azərbaycan Milli Komandasının UEFA Millətlər Liqası və Avropa Çempionatının seçmə mərhələsi oyunlarını əhatə edəcək. AFFA-nın baş katibi UEFA Millətlər Liqasında D qrupunda oynayan milli komandamızın qarşıdakı oyunlara ciddi hazırlaşdığını vurğulayıb. Belə ki, Azərbaycan millisi oktyabrın 14-də Malta, noyabrın 17-də Farer adaları komandaları ilə Bakıda görüşəcək. “Ölkə futbolunun inkişafı və təbliğatı baxımından tərəfdaşlarımızın dəstəyi çox vacibdir və buna görə də, Azərbaycan futbolunu dəstəkləyən hər kəsə minnətdarlığımızı bildiririk” - Elxan Məmmədov deyib.

Procter & Gamble şirkətinin Azərbaycan və Gürcüstan üzrə baş direktoru Değer Kurtaslanoğlu P&G və AFFA arasında tərəfdaşlığın şirkətin Azərbaycanda 20 illik fəaliyyətinə həsr edildiyini bildirib. “Ötən 20 il ərzində P&G Azərbaycanın iqtisadi həyatına böyük töhfə verib. Amma biz təkcə iqtisadiyyata qatqımızla kifayətlənməmişik, xalqın həyatına sosial məsuliyyət və ictimai təsir layihələrimizlə, əhəmiyyətli tərəfdaşlıqlarla da təsir etməyə hədəflənmişik. İdmana dəstək  bizim böyük təsir dairəsinə malik sağlamlıq və gigiyena proqramlarımızın əsas hissəsidir. Həyata keçirdiyimiz sosial layihələr içərisində idmana dəstək böyük yer tutub. Bizim üçün sağlam cəmiyyət idmanla böyüyən uşaq və gənclərin sayının çoxluğundan başlayır. 2012-ci ildə London Olimpiya Oyunlarında komandamızı dəstəkləməklə, 2015-ci ildə İlk Bakı Avropa Oyunlarının rəsmi tərəfdaşı olmaqla, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarında Azərbaycan Olimpiya komandasına dəstək verməklə bu niyyəti güdmüşük. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə tərəfdaşlıqda da məqsədimiz gənclər arasında idmanla məşğul olmağa həvəsi artırmaqdır. Tərəfdaşlıq çərçivəsində Gillette və Head & Shoulders brendlərimiz üçün futbolçularımızın iştirakı ilə reklam filmləri çəkilib yayımlanacaq. Bu reklam filmləri milli komandaya dəstəklə yanaşı, futbolu da daha geniş təbliği edəcək” - P&G Azərbaycan və Gürcüstan üzrə baş direktoru qeyd edib.

AFFA ilə tərəfdaşlığın başqa bir səbəbi haqqında isə Değer Kurtaslanoğlu belə bildirib: “Bizim bir çox məhsullarımız insanların gündəlik məişət həyatında meydana çıxan problemləri həll edərək, onlarda özlərinə güvənli olmağa zəmin yaradır. Biz Azərbaycan Milli Komandasının rəsmi özgüvən tərəfdaşıyıq. Çünki bütün qalibiyyətlərin əsasında özgüvən dayanır. Özünə güvənməklə ən çətin mübarizədən də qalibiyyətlə çıxmaq olar. Biz milli komandamıza uğur və qalibiyyət arzulayırıq”.

Qeyd edək ki, P&G öz brendləri ilə dünyada təqribən 5 milyard insana xidmət göstərir. Şirkət Pampers®, Tide®, Ariel®, Head & Shoulders®, Always®, Pantene®, Fairy®, Blend-a-med®, Oral-B®, Gillette®, Safeguard® kimi etibarlı, keyfiyyətli və qabaqcıl brendlərdən ibarət ən güclü məhsul çeşidlərinin birinə sahibdir. P&G icması dünyanın təqribən 70 ölkəsində fəaliyyət göstərir. P&G şirkəti və onun brendləri haqqında ətraflı məlumat almaq və ən son xəbərləri oxumaq üçün www.pg.com saytına baş çəkin.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30