1 Noyabr 2024, Cümə
"Qəbələ" və "İmişli" 1/8 finalda
XII turun hakim təyinatları
“Neftçi” yeni əməkdaşlığa başladı
Daha 4 komanda 1/8 finalda

Ölkə futbolu

"Neftçi"nin vurduğu ikinci qolda oyundankənar vəziyyət var idi"

Topaz Premyer Liqasının IV turunda "Keşlə" səfərdə "Neftçi"yə 0-1 hesabı ilə uduzub. Futbolxeber.az saytının məlumatına görə, oyundan sonra qonaqların qolkiperi Kamran Ağayev jurnalistlərə müsahibə verib. Təcrübəli əlcək sahibinin müsahibəsini təqdim edirik.
 
- Görüşlə bağlı nə deyəcəksən?
 
- Dayanmamışdıq, təmiz futbol oynayırdıq. Arxada müdafiədə oturmamışdıq. Şanslardan yararlana bilmirdik. Bizim də, rəqibin də qol epizodları oldu. Futbolda belə hallar olur.
 
- Son dəqiqələrdə iki qol buraxaraq, məğlub oldunuz. Məğlubiyyətə nə səbəb oldu?
 
- Normaldı, insanın fiziki gücü tükənir. İdmançı nə vaxt səhv edir? Gücün tükənəndə səhv edirsən. Son dəqiqələr idi, "Neftçi" öz meydanında oynayırdı və son dəqiqələrdə təzyiq edirdi. Müdafiədə və hücumda yaxşı çıxış etdik. Ağıllı oynadıq.
 
- Bir xalı niyə qazana bilmədiniz?
 
- Qısa zamanda düzəlməyə çalışacağıq. 90 dəqiqədə insan aqressiv olur, özündən çıxır. Amma futbolun da gözəllikləri olur. Oyunumuzun təkrarına baxacağıq və məşqçinin iradlarını dinləyəcəyik. 
 
- Son dəqiqələrdə irəli atıldın.
 
- Kubok oyunu deyil ki. Birincisi, rəqibin cərimə meydançasına özbaşına getmədim. Baş məşqçinin məsləhəti ilə qabağa getdim. Çünki son 30 saniyə idi. 0-1 hesablı məğlubiyyətlə, daha böyük hesablı yenilginin fərqi yox idi. Bir xal ala bilərdik, amma qismət belə oldu. Fikrimcə, "Neftçi"nin 2-ci qolunda oyundankənar vəziyyət var idi. Oyun təcrübəmdən belə qərardayam. Analiz edib, baxarıq.
 
- Bu vəziyyətdən çıxa biləcəksiniz?
 
- Hər şeyin Allahın əlindədir. Hamı öz üzərində çalışmalıdır. Heç kim doğulandan futbolçu olmayıb. Çalışıb, bu vəziyyətdən çıxmaq lazımdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30