1 Noyabr 2024, Cümə
"Qəbələ" və "İmişli" 1/8 finalda
XII turun hakim təyinatları
“Neftçi” yeni əməkdaşlığa başladı
Daha 4 komanda 1/8 finalda

Ölkə futbolu

Kosovanın baş məşqçisi: "Azərbaycana qarşı fərqli taktika ilə oynamışdıq"

"Malta ilə Azərbaycan komandaları arasında görüşün bərabərliklə başa çatması bizim üçün yaxşı nəticə oldu".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Millətlər Liqasında milli komandamıza eyni qrupda yer alan Kosovo millisinin baş məşqçisi Bernard Şalland deyib.  
 
İsveçrəli çalışdırıcı növbəti oyunda qələbə qazanaraq, liderliklərini möhkəmləndirmək istədiklərini söyləyib: "Farer adaları ilk oyununda qələbə ilə ayrılmışdı və qrupun lideri idi. Bizim bu rəqiblə oyunumuz asan olmadı.  Növbəti oyunumuzu Maltaya qarşı keçirəcək. Onlar Farar adaları ilə oyunda məğlub olsalar da, yaxşı futbol sərgiləmişdilər. İndi isə Azərbaycan yığması ilə oyunda heç-heçə ediblər. Bu nəticə bizim üçün çox əlverişlidir".
 
67 yaşlı mütəxəssis komandasının gündən-günə inkişaf edəcəyini vurğulayıb: "Azərbaycana qarşı fərqli taktika ilə oynamışdıq. Bu oyunda isə tam fərlqli oynadıq. Kosovo gənc, istəkli və istedadlı kollektivdir. Oyundan-oyuna təcrübəmizi, keyfiyyətimizi daha da artırırıq. Farer adaları ilə qarşılaşmada nəyə qadir olduğumuzu göstərdik. Gələcək matçlarda daha uğurlu çıxış edəcəyimizə inanıram". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30