15 Iyun 2024, Şənbə
Avro-2024: Futbolxeber.az-la qazan!
Avro-2024 darmadağınla başladı
Avro-2024-ün ilk qolu vuruldu
Musa Qurbanlı “Qarabağ”a qayıtdı

Ölkə futbolu

"Qəbələ" Lüksemburqda məşqə çıxdı

UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Proqres”lə qarşılaşan “Qəbələ” Lüksemburqda ilk məşqinə çıxıb.
 
Futbolxeber.az saytının məlumatına görə, iyulun 17-də səfərə yollanan “qırmızı-qaralar” səhər saatlarında Differdanj şəhərinə çatıb. “Hilton” otelində məskunlaşan komandanın hazırlıq prosesi günün ikinci yarısına təsadüf edib. Sənan Qurbanovun baş məşqçisi olduğu komanda məşq prosesinə fiziki hazırlıqla başlayıb, ardınca toplu çalışmaları icra edib.
 
Bu gün “Qəbələ”nin oyunöncəsi son məşqi baş tutacaq. Hazırlıq prosesi Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Komanda oyunun keçiriləcəyi Differdanj şəhər Munisipal stadionunda hazırlıq keçəcək.
 
İyulun 19-da baş tutacaq “Proqres” – “Qəbələ” görüşü Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30