11 Noyabr 2024, Bazar ertəsi
"Qarabağ"ın 2 futbolçusu 100-ə çatdı
Bayılda və Masazırda heç-heçə
Berdiyev: "Bu gün 2 xal itirdik"
"Neftçi" qələbəni əldən verdi

Ölkə futbolu

"Serbiyada olanda gördüm ki, Ayxan Abbasov haqqımda başqa şeylər deyib" - MÜSAHİBƏ

2016-cı ildən “Zirə”də çıxış edən Milan Dyuriç mövsüm sonunda ölkəmizi tərk etdi. Daha doğrusu Ayxan Abbasov serbiyalı futbolçunu komanda saxlamaq istəmədi. 30 yaşlı futbolçu “Zirə”dən ayrılsa da, qarşıdakı mövsümə də Azərbaycan Premyer Liqasında başlaya bilər. “Keşlə”nin maraq dairəsində olan Dyuriç Futbolxeber.az saytına müsahibə verib:
 
- 2016-cı ildən bu yana formasını geyindiyin “Zirə”dən göndərildin. Bu komandadakı karyeranı uğurlu hesab etmək olar?
- “Zirə”dəki karyeram haqda ancaq xoş sözlər deyə bilərəm. Bu komandada olduğuma, oynadığıma görə şadam. “Zirə”də oynadığım bütün matçlarda əlimdən gələnin ən yaxşısını etmişəm. Bütün ürəyimlə “Zirə” üçün oynamışam.
 
- Maraqlıdı, nəyə görə “Zirə”dən göndərildin?
- “Zirə”də qalmağı çox istəyirdim. Düşünürdüm ki, qarşıdakı mövsümə də bu komandada başlayaram. Ancaq “Zirə” mənə yeni müqavilə təklif etmədi.
 
- Ayxan Abbasovun sənin oyununu bəyənmədiyini demək olar?
- Ayxan Abbasovla danışmışdıq. Mənə dedi ki, səni bəyənirəm və komandada görmək istəyirəm. Ancaq mən Serbiyaya yollandım və orada olanda gördüm ki, Ayxan Abbasov Azərbaycan mətbuatına başqa şeylər deyib.
 
- “Zirə” mövsüm sonunda avrokuboklara vəsiqə qazana bilmədi. Günahkar oyunçulardı, ya baş məşqçi?
- Avrokuboklara düşə bilməmişiksə, hamı günahkardı.
 
- “Keşlə”dən dəvət aldığın bildirilir. Azərbaycana geri dönəcəksən?
- Bəli, Azərbaycana dönməyi çox istəyirəm. Ancaq hələ ki, tam qərarımı verməmişəm. Çünki daha yaxşı təklif almışam. Yaxın günlərdə qərarımı verəcəm.
“Keşlə”nin avrokuboklarda oynaması seçimində rol oynayacaq?
Hələ tam qərarımı verməmişəm. Görək necə olacaq.
 
- Yuri Maksimovla çalışmağa hazırsan?
- Yuri Maksimovla çalışmamışam, ona görə necə olduğunu bilmirəm. Amma “Keşlə”nin nəticələri Maksimovun yaxşı məşqçi olduğunu göstərir. O, “Keşlə”yə gəldikdən sonra komanda daha yaxşı oynamağa, yaxşı nəticələr qazanmağa başladı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30