16 Iyun 2024, Bazar günü
Avro-2024: Futbolxeber.az-la qazan!
Avro-2024 darmadağınla başladı
Avro-2024-ün ilk qolu vuruldu
Musa Qurbanlı “Qarabağ”a qayıtdı

Ölkə futbolu

“Qəbələ” “Qalatasaray” və “Mançester Siti” ilə qarşılaşacaq

“Qəbələ”nin 12 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edəcək.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, “qırmızı-qaralar” aprelin 5-8-də Türkiyədə keçiriləcək ənənəvi “İzmir cup”da qüvvəsini sınayacaq.

“Qəbələ” Futbol Akademiyasının baş məşqçisi Halim Fıçıcı, məşqçilər Şəhruz Mustafayev və Elçin Rzazadə turnirdə 16 futbolçuya güvənəcək.

Bunlar Əli Tahirov, İslam Əbdüləzizov, İlkin Budaqov, Elnur Mustafayev, Mahir Mehdiyev, Sənan Məsimov, Ceyhun Bağırzadə, Nurlan Ağabəyov, Cümə Hüseynov, Ziya Şəkərxanov, Həsən Nəzərli, Samid Əhmədov, Murad Ağamalıyev, Sənan Zəkəriyyəyev, Fərid İsayev və Vüsal Əmirəhmədovdur.

Turnirdə 56 komanda mübarizə aparacaq. Aprelin 6-da keçiriləcək qrup mərhələsinin oyunları keçiriləcək. “Qəbələ” “A” qrupunda İngiltərənin “Mançester Siti”, Hollandiyanın “Alkmaar”, Türkiyənin “Qalatasaray”, “Çaykur Rizəspor”, “Karasu” və “Altay” klublarının U-12 komandaları ilə üz-üzə gələcək.

“Qırmızı-qaralar” ilk turda “Çaykur Rizəspor”, ardınca “Karasu” ilə qarşılaşacaq. Növbəti iki matçında “Mançester Siti” və “Qalatasaray”la görüşəcək komanda V turda istirahət edib, sonda “Altay” və “Alkmaar”la üz-üzə gələcək. İştirakçıların növbəti mərhələdəki rəqibləri qrupda tutduqları yerlərə əsasən müəyyənləşəcək.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30